Bu gün Qubada 4 nəfərin xəsarət alması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib. Bu gün Qubada 4 nəfərin xəsarət alması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

“Toyota-Prado” Qubada qəza törətdi - VİDEO

Bu gün Qubada 4 nəfərin xəsarət alması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.



APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya sərhədi yolunun 163-cü kilometrliyində, Nərimanabad kəndi ərazisində qeydə alınıb. Bakıdan Quba istiqamətində hərəkətdə olan, 56 yaşlı Kamilov Absal Əkrəm oğlunun idarə etdiyi "Toyota-Prado" markalı avtomobil idarə etmənin itməsi nəticəsində öncə yolun kənarında dayanan Ramiz İbrahimova məxsus "VAZ-2106" markalı avtomobilə, daha sonra ağaca çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - 51 yaşlı Mahirə Kamilova, 47 yaşlı Svetlana Əsgərova və 12 yaşlı Şəfa Şıxəliyeva müxtəlif bədən xəsarətləri alıb.

Onlar Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır. İlkin versiya olaraq qəzaya ehtiyatsızlığın səbəb olduğu göstərilir.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.