Bakının Nizami rayonunda bu gün hərəkətdə olan qatar relsdən çıxıb. Bakının Nizami rayonunda bu gün hərəkətdə olan qatar relsdən çıxıb.

Bakıda relsdən çıxan qatarın hərəkəti bərpa edildi- Foto+Video (Yenilənib)

Bakının Nizami rayonunda bu gün hərəkətdə olan qatar relsdən çıxıb.



"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Trend-ə bildirib ki, Nizami rayonunun Keşlə qəsəbəsində yanacaq sisternləri daşıyan qatar hərəkətdə olarkən relslər aralanıb və bir neçə təkər cütü relsdən çıxıb. Lakin xoşbəxtlikdən hər hansı başqa ağır hal baş verməyib.

Onun sözlərinə görə, dərhal hadisə yerinə "Azərbaycan Dəmir Yolları" QSC-nin mütəxəssisləri cəlb olunub. Artıq qəzanın nəticələri aradan qaldırılıb və qatar hərəkətini davam etdirib.

Faktla bağlı araşdırma aparılır.


***
11:08

Bakının Nizami rayonunda qatar qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində qeydə alınıb. Yanacaq məhsulları ilə dolu olan təxminən 15 vaqon relsdən çıxıb və vaqonların aşma təhlükəsi yaranıb. Vaqonların relsdən çıxdığı ərazi Keşlə qəsəbəsində yaşayış evlərinin yaxınlığında yerləşir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssisləri hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Qəzanın nəticələri aradan qaldırılır.


image description image description image description image description image description image description