İsveçrənin Cenevrə şəhərində BMT Avropa İqtisadi Komissiyasının nəqliyyatla bağlı gömrük məsələləri üzrə işçi qrupunun (WP.30) 138-ci və BYD Konvensiyasının İnzibati Komitəsinin 59-cu sessiyaları keçirilib. Tədbirdə Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov iştirak edib. İsveçrənin Cenevrə şəhərində BMT Avropa İqtisadi Komissiyasının nəqliyyatla bağlı gömrük məsələləri üzrə işçi qrupunun (WP.30) 138-ci və BYD Konvensiyasının İnzibati Komitəsinin 59-cu sessiyaları keçirilib. Tədbirdə Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov iştirak edib.

Gömrük Komitəsinin sədr müavininə yüksək vəzifə verildi

İsveçrənin Cenevrə şəhərində BMT Avropa İqtisadi Komissiyasının nəqliyyatla bağlı gömrük məsələləri üzrə işçi qrupunun (WP.30) 138-ci və BYD Konvensiyasının İnzibati Komitəsinin 59-cu sessiyaları keçirilib. Tədbirdə Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov iştirak edib.



Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, Ş. Bağırov bildirib ki, BMT Avropa İqtisadi Komissiyasının nəqliyyatla bağlı gömrük məsələləri üzrə işçi qrupunun 138-ci sessiyasında BMT Avropa İqtisadi Komissiyasının digər orqanlarının fəaliyyəti, "BYD kitabçasından istifadə etməklə beynəlxalq yük daşımaları haqqında gömrük konvensiyası (1975)", "Sərhədlərdə yüklərin yoxlanılmasının şərtlərinin razılaşdırılması üzrə Beynəlxalq Konvensiya (1982)" və "Sərnişinlərin və baqajın dəmiryolu daşımaları şərtlərinin asanlaşdırılmasına dair" 10 yanvar 1952-ci il tarixli Konvensiya və digər məsələlər nəzərdən keçirilib. Sessiya zamanı ən çox müzakirə edilən məsələ "BYD kitabçasından istifadə etməklə Beynəlxalq yük daşımaları haqqında gömrük Konvensiyası (1975)" ilə bağlı olub.

Qeyd edək ki, daha bir tədbir - "Sərhədlərdə yüklərin yoxlanılmasının şərtlərinin razılaşdırılması üzrə Beynəlxalq Konvensiya (1982)"nın sessiyası keçirilib. Sessiyanın gündəliyində duran məsələlərdən biri İnzibati komitəyə sədr seçkiləri ilə bağlı olub. Seçkilərin nəticəsinə görə, Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini Ş. Bağırov İnzibati Komitənin sədri vəzifəsinə seçilib.

Sessiya zamanı Konvensiyaya yeni əlavələrin edilməsi ilə bağlı məsələlər də müzakirə edilib. Bu məsələlərdən biri dəniz limanlarında sərhəd-keçid prosedurları ilə bağlı yeni əlavənin hazırlanması olub. Belə bir əlavənin hazırlanması dəniz limanlarında rəsmiləşdirmə, nəzarət və əlaqələndirilmənin optimallaşdırılması baxımından vacib hesab edilib və məsələnin həllinin dənizə çıxışı olmayan ölkələr üçün də əhəmiyyətli olduğu qeyd edilib. Müzakirələrin nəticəsi üzrə konvensiyaya yeni əlavənin hazırlanması işinə dəniz assosiasiyaları nümayəndələrinin də dəvət olunması ilə bağlı qərar qəbul edilib.

Sessiyada növbəti müzakirələr isə sərhəd keçid prosedurlarının səmərəlilik göstəriciləri və meyarlarının müəyyən edilməsi ilə bağlı olub. Müzakirələr nəticəsində müəyyən tədqiqatların aparılması, daha sonra hüquqi və ya tövsiyə xarakterli normaların qəbul edilməsi məsələlərinin müzakirəyə çıxarılacağı nəzərdə tutulub.

Sessiya zamanı Katiblik tərəfindən Konvensiyanın 8-ci əlavəsinin ölkələrdə tətbiqi məsələləri ilə bağlı sorğunun aparılacağı bildirilib, 8-ci əlavə ilə bağlı əldə edilən irəliləyişlər və çatışmazlıqlar (vizaların verilməsi) barədə məlumat verilib. Qeyd edilib ki, avtonəqliyyat vasitələrinin çəki sertifikatlarının verilməsi məsələsi Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına bəzi üzv ölkələr arasında tətbiq edilir. Bununla əlaqədar bir sıra ölkələrə (Gürcüstan, Ukrayna, Moldova və s.) fərqlənmə diplomları verilib.

Daha sonra dəmiryolu daşımaları ilə bağlı 9-cu əlavənin tətbiqiləəlaqədar ölkələrdə sorğunun keçirildiyi haqda məlumatlar verilib. Sorğuların əsas məqsədi sərhədkeçmə zamanı sərf olunan vaxtın ölçülməsi, inzibatçılıq və digər məsələləri əhatə edib. Qərara alınıb ki, nümayəndələr dəmiryolu təşkilatları ilə işlərini əlaqələndirməlidirlər.

Sessiyada "Sərhədlərdə yüklərin yoxlanılmasının şərtlərinin razılaşdırılması üzrə Beynəlxalq Konvensiya (1982)"nın Ümumdünya Gömrük Təşkilatı tərəfindən qəbul edilmiş SAFE TİR standartlarına cavab verməsi və bu sahədə əldə edilən yeniliklər haqqında İnzibati Komitənin məlumatlandırılması qərarı qəbul edilib. Ümumdünya Gömrük Təşkilatında və Ümumdünya Ticarət Təşkilatında bu sahədə əldə olunan yeniliklər haqqında məlumatlarla İnzibati Komitənin tanış olması üçün Katibliyə məlumat verilib.