Sakinlər yağış suyu dolan mənzillərə köçməyə məcbur oldular Sakinlər yağış suyu dolan mənzillərə köçməyə məcbur oldular

Partlayan binanın sakinlərinə pis sürpriz - FOTOLAR

Sakinlər yağış suyu dolan mənzillərə köçməyə məcbur oldular



Xırdalanda partlayış zamanı dağılan binanın sakinləri çadırlardan mənzillərinə köçürülüb. Lakin binanın dam örtüyü keyfiyyətsiz təmir olunduğundan yağış suları mənzillərə dolub. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı çadırlar söküldüyündən onlar yağış suyu dolan mənzillərə köçməyə məcbur olublar.

AzNews.az xəbər verir ki, üç bloklu binanın iki blokunun sakinləri çadırlardan evlərinə köçürülsə də tamamilə dağılan birinci blokun sakinləri hələ də çadırlarda yaşayır.

Qeyd edək ki, sentyabrın 8-də Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən məcburi köçkünlərin binasında dəhşətli partlayış baş verib. Partlayış nəticəsində binanın bir bloku tamamilə dağıldığından digər bloklara da ciddi ziyan dəyib.

Hadisə nəticəsində 9 nəfər yaralanıb, 3 nəfər isə həyatını itirib.





Gültəkin ƏLƏSGƏR
AzNews.az