Azərbaycan-İtaliya və İtaliya-Azərbaycan assosiasiyalarının Azərbaycan və italyan dillərində nəşr olunan “Via della Seta” (İpək yolu) jurnalının 2-ci sayı çapdan çıxıb. Azərbaycan-İtaliya və İtaliya-Azərbaycan assosiasiyalarının Azərbaycan və italyan dillərində nəşr olunan “Via della Seta” (İpək yolu) jurnalının 2-ci sayı çapdan çıxıb.

Via della Seta” (İpək yolu) jurnalının 2-ci sayı çapdan çıxdı - FOTO

Azərbaycan-İtaliya və İtaliya-Azərbaycan assosiasiyalarının Azərbaycan və italyan dillərində nəşr olunan “Via della Seta” (İpək yolu) jurnalının 2-ci sayı çapdan çıxıb.



Qeyd edək ki, "Via della Seta" (İpək yolu) jurnalı Azərbaycan-İtaliya və İtaliya-Azərbaycan assosiasiyaları tərəfindən iki ölkə arasındakı əlaqələri genişləndirmək, Azərbaycanı İtaliyada, İtaliyanı isə Azərbaycanda daha yaxından tanıtmaq məqsədilə təsis olunub. Azərbaycan-İtaliya Assosiasiyasının rəhbəri millət vəkili Azər Kərimli, İtaliya-Azərbaycan Assosiasıyasının prezidenti isə Paola Casagrandedir.

Jurnalın 2-ci sayının hazırlanmasına Azərbaycandan millət vəkili Qüdrət Həsənquliyev, İtaliyadan isə Romolo Martelloni və Carlo Frappi dəstək veriblər.

Jurnalın tərtibatı italiyalı dizayner Paul Sassineyə məxsusdur.

Jurnalda Fiorello Provera, Umverto Griscioli, Aynur Camalqızı, Səxavət Həmid, Radu Moroca, İleana Saja, Stefano Muscaritolo, Emilia İbrahimova, Lucio Oerrone, Catia Castagna, Giuliano Bifoliçi, Marco Longano və Enrico Luzinin müxtəlif səpkili məqalələri və yazıları dərc olunub.

Jurnalın baş redaktoru Elçin Mirzəbəylidir.

"Via della seta" (İpək yolu) jurnalınln bu dəfəki sayı Milli Məclisin deputatı, Azərbaycan-İtaliya Assosiasiyasının rəhbəri Azər Kərimlinin giriş söz ilə başlayır.

"Via della Seta"-nın 2-ci sayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri, Bakıda "Via della seta" (İpək yolu) jurnalının təqdimatı, Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycanın İtaliyadakı səfirliyinin gördüyü işlər barədə yazılar, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Müslümovla və Paşa Bankın İdarə Heyətinin sədri Fərid Axundovla müsahibələr, Azərbaycanın və İtaliyanın tirizm potensialı, iqtisadi imkanları və mədəniyyətləri barədə müxtəlif yazılar dərc olunub.