Sabahdan Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək. Sabahdan Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək.

Havadan xoş xəbər

Sabahdan Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək.



Yaxın 2-3 gün ərzində ölkə ərazisində mülayim hava şəraiti müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə çiskin müşahidə ediləcək. Lənkəran-Astara bölgəsində yağış ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.