Cəmiyyətdə tutduğu mövqedən, vəzifəsindən asılı olmayaraq hər bir insanın öz maraq dairəsi, öz hobbisi var. Azərbaycanda yüksək vəzifə tutan məmurlar arasında ədəbiyyata, incəsənətə maraq göstərən, mahnı bəstələyən, şeir yazan şəxslər az deyil. Cəmiyyətdə tutduğu mövqedən, vəzifəsindən asılı olmayaraq hər bir insanın öz maraq dairəsi, öz hobbisi var. Azərbaycanda yüksək vəzifə tutan məmurlar arasında ədəbiyyata, incəsənətə maraq göstərən, mahnı bəstələyən, şeir yazan şəxslər az deyil.

Tanınmış ictimai xadimlərin hobbiləri - Araşdırma

Cəmiyyətdə tutduğu mövqedən, vəzifəsindən asılı olmayaraq hər bir insanın öz maraq dairəsi, öz hobbisi var. Azərbaycanda yüksək vəzifə tutan məmurlar arasında ədəbiyyata, incəsənətə maraq göstərən, mahnı bəstələyən, şeir yazan şəxslər az deyil.

Son illər isə məmurlar arasındakı bu maraq getdikcə daha da artıb.
Kimi "Sadiq", kimi "Kamiloğlu", kimi də "Kamal" imzası ilə yazır. AzNews.az poeziya həvəskarı olan vəzifəlilərin siyahısı təqdim edir.


Elə başlayaq "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun prezidenti olduğu "Azəryol" voleybol klubu üçün bu yaxınlarda himn yazmasından. Bu ASC rəhbərinin nə birinci, nə də sonuncu işidir. Saz-söz havasında göz açan Cavid Qurbanovun şer yazmasını adi hal saymaq olar. Dədə Şəmşir ocağının davamçısının, hətta kitabı da işıq üzü görüb.
Deputatın "Dünya qəmli nağıl imiş" adlı kitabı 2010-cu ildə nəşr olunub.
"Biri varmış, biri yoxmuş", –
Dünya qəmli nağıl imiş.
Özü yanlış, sözü yanlış –
Dünya qəmli nağıl imiş.
Əzabından usanmazdım,
Ocağına qalanmazdım,
Deyərdilər, inanmazdım –
Dünya qəmli nağıl imiş.


Polis general-mayoru, uzun illər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi işləyən, hazırda Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini olan, eyni zamanda vaxtı ilə mərhum prezident Heydər Əliyevin, hazırda isə dövlət başçısı İlham Əliyevin kortejini müşayiət edən Həsən Şirinov da yaradıcılıqla məşğuldur. Həsən Kamiloğlu imzası ilə yazan polis generalının yaradıcılığının böyük bir hissəsi Heydər Əliyevə həsr olunmuş şeirlərdən ibarətdir.

Nə müddətdir könlüm yaman darıxır,
Gözlərim hər yanda axtarır səni:
- Xəyalım dolanır göylərə qalxır,
Göylərin qatında axtarır səni!
Ey ulu öndər!
- Xalqını çıxartdın ağ günə, demək
Bəhərin dadmağa qoymadı fələk.
Dövlətə, xalqına İlhamdır gərək!
Onun timsalında axtarır səni!
Ey ulu öndər!


Bu sırada hər dəfə açıqlamaları ilə mətbuatın gündəmindən düşməyən Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov da var. Uzun illərdir ki, metro sahəsinin birinci şəxsi "Tağı Sadiq" imzası ilə şeirlər yazır. Onun yazdığı şeirlərə bir sıra mahnılar bəstələnib və həmin mahnılar tanınmış müğənnilər tərəfindən bu gün ifa olunmaqdadır. Belə mahnılara kliplər də çəkilib. Bir sözlə, incəsənət, ədəbiyyat sahəsində "Tağı Sadiq" imzası yetərincə tanınıb, məşhurlaşıb. Rejissor Elnaz Əbluçun çəkdiyi "İlham alıram" klipində xalq artisti Mələkxanım Əyyubovanın ifasında Prezident İlham Əliyevin ölkədə apardığı quruculuq işlərinin geniş vüsət almasından bəhs edilir. Bu klipin musiqi müəllifi, tanınmış tarzən, xalq artisti Zamiq Əliyevdir. Klipin sözlərinin müəllifi isə Bakı Metropoliteninin rəisi Tağı Əhmədovdur. 2009-cu ildə sözləri Tağı Sadiqə, musiqiləri Zamiq Əliyevə məxsus olan "Vurulmuşam" və "Tarzən" adlı albom- disklər buraxılıb. Hakim Yeni Azərbaycan Partiyasının şərəfinə çəkilən "YAP partiyası" musiqili klipində də musiqi Zamiq Əliyevə, sözlər Tağı Sadiqə məxsusdur. Bakı Metropoliteninin keçmiş rəisi işdən azad olunduqdan sonra yəqin ki, özünü musiqiyə həsr edər.

Ölkənin birinci xanımının şərəfinə ekranlaşdırılan "Elin Mehriban qızı" musiqili klipində Bakı Metropoliteninin rəisinin yaradıcılıq payı var. Klipdə səslənən mahnının sözləri Tağı Əhmədova məxsusdur. Müsiqi aləmində Sadiq imzası ilə məşhurlaşan Tağı Əhmədovun yazdığı "Qısqanıram", "Dilin dediyini ürəyim demir", "Olaydı", "Ceyranım", "Odlanıram mən", "Gözləməsin" kimi şeirlərə də mahnılar yazılıb, kliplər çəkilib. Tağı Sadiqin yaradıcılığında məhəbbət mövzusu da geniş yer tutur. Onun yazdığı "Boş şeydi məhəbbət", "Göz yaşına dözmək olmur" adlı şeirlərə meyxanalar da bəstələnib. Tağı müəllimin özü Məmməd Araz yaradıcılığının vurğunu olduğunu deyir.
"Vurulmuşam" mahnısından bir parça:
Yaş yüzə çatanda zəka işləmir,
Yaranır beyində, təlaş, səs-səmir.
İnsanın qaməti əyilir, sanki,
Torpaq bir maqnitdir, baş isə dəmir.
Çəkir özünə sarı torpaq, baş əydirir.


Fövqəladə hallar naziri müəllifi olduğu mahnıların altında adının getməsini istəməsə də onun mahnı bəstələməsini yeddidən yetmiş yeddiyyə hər kəs bilir. Populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. Mahnılarını "Kamal" imzası ilə bəstələyən nazirin nota köçürdüyü musiqilər, hətta peşəkar bəstəkarların əsərlərini kölgədə qoya bilir. Onun "Səndən nigaranam", "Yenə yaz gələcək", "Xalq Heydər söyləyəcək", "Ayrılığa dözmərəm" kimi populyar mahnıları var. Bəstəkar nazirin 2009-cu ildə albomu da işıq üzü görüb. Kəmaləddin Heydərovun mahnılarını xalq artistləri Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova, Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər İlqar Muradov, Aygün Bəylər, Röya kimi tanınmış müğənnilər ifa ediblər.

Nazirin ən populyar "Səndən nigaranam" adlı mahnısını Azərbaycan əsilli özbək müğənnisi Nəsibə Abdullayeva da səsləndirib.


Prezident İlham Əliyevin hər iki qızının şerlərini də tez-tez mətbuat səhifələrində görmək olar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva poeziyada müxtəlif mövzulara müraciət edib. Daha çox rus dilində şeirlər yazmağa üstünlük verən prezident qızının şeirləri Azərbaycan dilinə şair Qabilin oğlu, jurnalist Mahir Qabiloğlu tərəfindən tərcümə olunur.

Leyla Əliyevanın şeirləri zaman-zaman dünya mətbuatının da diqqətini çəkib. Onun "Ulduzlar pillə-pillə düzülsəydi səmaya" adlı şeiri türk saytının diqqətini çəkib. Belə ki, hervakit.com saytı həmin şeiri türk dilində dərc edib. Onun "Gedim bir az ağlayım", "İnsanlar", "Qu Quşu", "Mənim dünyam çoxdan boşdur", "Mən gedəcəm, yalvarma" və s. kimi şeirləri oxucuların ən çox oxuduğu şeirlər sırasındadır. Onun şeirləri, hətta peşəkar bəstəkarların notlarını da bəzəyib. Leyla Əliyevanın "İnsanlar" adlı şeirinə əməkdar artist Elza Seyidcahan, "Sevgiyə inan" adlı şeirinə Kəmaləddin Heydərov müsiqi bəstələyib. Prezident qızının Heydər Əliyevə həsr etdiyi "Elegiya"nı isə onun ən kövrək şeiri hesab etmək olar.

Ulduz qanadına alsaydı məni,
Mən sənin yanına uçardım həmən.
Əllərin əlimə toxunan kimi
Səni yer üzünə qaytarardım mən

Dinlə ürəyimin qəm-qüssəsini,
Mən yaxşı bilirəm ayrılıq nədir,
Küləklər könlümün bu naləsini
Kaş ki, kainata yaya biləydi

Bulud karvanına qoşulub gəlim
Axtarıb, arayıb, qovuşum sənə.
Mən sənsiz qalandan
Hər ötən günüm sənsiz neçə keçir
Danışım sənə
Dön geri qəlbimdə yer salım yarım
Zülmət gecələrim, dönər sabaha
Mən sənə sarılıb qucaqlayaram
Qoymaram heç yerə gedəsən daha


Prezidentin kiçik qızı, mərhum sahibkar Aydın Qurbanovun oğlu Səməd Qurbanovla ailə quran Arzu Əliyeva da çox az-az mətbuatda görünsə də onun da şer yazması nəzərdən qaçmayıb. Bir müddət əvvəl Arzu Əliyeva "Facebook" səhifəsində oğlu üçün yazdığı şeiri paylaşıb. Oğlu Aydının ad gününü şeirlə təbrik edən Arzu Əliyeva həmin şeiri sosial şəbəkə istifadəçiləri ilə də bölüşüb.

Həmin şeiri təqdim edirik:
Мы ребенка поздравляем,
Этой крошечке желаем,
Чтобы глазоньки смеялись,
Мы тобою восхищались!

Пусть работают ручонки
У здорового ребенка,
Ножки учатся ходить,
Сердце учится любить!

Папе с мамой счастья тоже,
Для того, кто всех дороже!
В этот радостный денек,
Получите поздравок!
сегодня день рождения Айдын!!!

Özünü yaradıcılıqda sınayanlar arasında Milli Məclis üzvlərini də görmək olar. Poeziya həvəskarları olan deputatlardan Qənirə Paşayeva, Novruz Aslan, Eldar Quliyev, Musa Quliyevin (Musa Urud) də yaradıcılıqları tez-tez işıqlandırılır.


Azərbaycanın Rusiyadakı fövqaladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun da saysız-hesabsız bəstələri var. Uzun müddət Azərbaycanın mədəniyyət və turizm naziri işləyən P. Bülbüloğlu geniş yayılmış bir sıra mahnıların müәllifi vә onların ifaçısı kimi tanınır. O, kino-filmlәrә, dram tamaşalarına yazılmış musiqinin, simfoniyanın, simfonik poemanın vә s. әsәrlәrin müәllifidir. Sözləri Fikrət Qocaya məxsus məşhur "Gəl ey səhər" mahnısının bəstəsi də keçmiş mədəniyyət nazirinə aiddir.
Hətta, onu "Uşaqlığın son gecəsi" filminə bəstələdiyi musiqiyə görə xüsusi diplomla təltif ediblər. Yaratdığı "Məhəbbət və ölüm" baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib.


Sabiq deputat Hüseyn Abdullayevi də artıq məşhur bəstəkarlar sırasına salmaq olar. Onun bəstələdiyi bir çox mahnılar müğənni Röyanın ifasında oxunur.

Onu da qeyd edək ki, bəzi məmurlar öz hobbilərini açıq-aşkar nümayiş etdirsələr də çoxları bu bacarığını gizli saxlayır.


Gültəkin ƏLƏSGƏR
AzNews.az