“Total şirkətinin baş icraçı direktoru postuna ehtimal olunan namizəd kimi korporasiyanın iki yüksək vəzifəli menecerinin – Filipp Buasso və Patrik Puyannenin adları çəkilir”. “Total şirkətinin baş icraçı direktoru postuna ehtimal olunan namizəd kimi korporasiyanın iki yüksək vəzifəli menecerinin – Filipp Buasso və Patrik Puyannenin adları çəkilir”.

Total şirkətinin baş icraçı direktoru postunu kim tuta bilər?

“Total şirkətinin baş icraçı direktoru postuna ehtimal olunan namizəd kimi korporasiyanın iki yüksək vəzifəli menecerinin – Filipp Buasso və Patrik Puyannenin adları çəkilir”.



AzNews.az xəbər verir ki, bunu Fransanın neft sahəsi üzrə eksperti Emmanuel Kyuni "France İnfo" radiostansiyasının efirində bildirib.

"Adətən Total korporasiyasının icraçı direktoru vəzifəsinə şirkətin yüksək vəzifəli işçiləri təyin olunur. Bu, şirkətin sirlərinin kənara çıxmasının qarşısını almaq məqsədi ilə edilir. Hazırda ehtimal olunan namizədlər arasında Total korporasiyasının icra komitəsinin iki üzvü var. Bunlardan biri şirkətdə marketinq üzrə direktor vəzifəsində çalışan və korporasiya iyerarxiyasında ikinci şəxs olan Filipp Buassodur. İcraçı direktor postuna ikinci mümkün namizəd isə şirkətin neft emalı şöbəsinin hazırkı direktoru Patrik Puyannedir", - deyə Emmanuel Kyuni bildirib.

Kompaniyanın saytında baş icraçı direktor Kristof de Marjerinin təyyarə qəzasında həlak olması ilə bağlı korporasiya rəhbərliyinin təcili iclas keçirəcəyinə dair informasiya yer alıb.