Gəncə şəhərində qadının pul kisəsi oğurlanıb, özü isə avtobusdan yıxılaraq ağır xəsarət alıb. Gəncə şəhərində qadının pul kisəsi oğurlanıb, özü isə avtobusdan yıxılaraq ağır xəsarət alıb.

Qadını döyüb pulunu əlindən aldılar

Gəncə şəhərində qadının pul kisəsi oğurlanıb, özü isə avtobusdan yıxılaraq ağır xəsarət alıb.



APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1987-ci il təvəllüdlü Səadət Nağıyeva ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qadın bu gün saat 12 radələrində şəhərdə 9 nömrəli sərnişin avtobusuna mindiyini, bir qədər sonra dayanacaqda düşmək istəyən zaman pul kisəsinin oğurlandığını hiss etdiyini deyib. O, sürücüdən avtomobili saxlamağı və avtobusu yoxlamağı xahiş etsə də, sürücü ona əhəmiyyət verməyib. Bu zaman yenidən avtobusa minmək istəyən qadın yanında olan 2 yaşlı uşağı ilə yerə yıxılıb.

S. Nağıyevanın bildirdiyinə görə, pul kisəsində 400 manat, qızıl qolbağı, boyunbağı, sosial, qaz və elektrik enerjisi ödəmə kartları olub.

Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.