“Moskvanın “Vnukovo” hava limanında Fransanın “Total” neft şirkətinin prezidenti Kristof de Marjerinin “ölümünə” bais olan şəxs saxlanılıb”. “Moskvanın “Vnukovo” hava limanında Fransanın “Total” neft şirkətinin prezidenti Kristof de Marjerinin “ölümünə” bais olan şəxs saxlanılıb”.

“Total”ın prezidentini “öldürən” şəxs tutuldu - VİDEO

“Moskvanın “Vnukovo” hava limanında Fransanın “Total” neft şirkətinin prezidenti Kristof de Marjerinin “ölümünə” bais olan şəxs saxlanılıb”.



AzNews.az xəbər verir ki, bunu qar təmizləyən maşının sürücüsü Vladimir Martınenkovun vəkili Aleksandr Karabanov deyib.

Onun sözlərinə görə, hadisə zamanı qar təmizləyən maşının sürücüsü sərxoş olmayıb.
"Vladimir Martınenkov saxlanılıb. Onunla söhbət aparılır. Mənim müdafiə etdiyim şəxs xroniki ürək xəstəsidir. Bu baxımdan o, ümumiyyətlə içmir, ancaq kimsə hadisə zamanı onun sərxoş olduğunu deyib. Sözlərimi istər həkimlər, istərsə də onun qohumları təsdiq edə bilər. Biz istəmərik ki, aeroportda baş verən fövqəladə hadisəni adi bir adamın boynuna qoysunlar", - deyə vəkil bildirib.

Qeyd edək ki, Moskvanın "Vnukovo" hava limanında 4 nəfərlik "Falcon" təyyarəsinin qəzaya düşməsi nəticəsində "Total" neft şirkətinin prezidenti Kristof de Marjeri həlak olub. Onunla birgə 2 pilot və bir styuardessa da dünyasını dəyişib. Hadisə zamanı "Total"ın sahibinin cəsədinin yandığı deyilir.





AzNews.az