Azərbaycan Xalq Cəbhəsi partiyasının sədr müavini Fuad Qəhrəmanlının sosial şəbəkədə yazdığı statusa Müsavat partiyasının Divan üzvü İkram İsrafildən cavab gəlib. Azərbaycan Xalq Cəbhəsi partiyasının sədr müavini Fuad Qəhrəmanlının sosial şəbəkədə yazdığı statusa Müsavat partiyasının Divan üzvü İkram İsrafildən cavab gəlib.

İkram İsrafil Fuad Qəhrəmanlını “xəstə” adlandırdı

Azərbaycan Xalq Cəbhəsi partiyasının sədr müavini Fuad Qəhrəmanlının sosial şəbəkədə yazdığı statusa Müsavat partiyasının Divan üzvü İkram İsrafildən cavab gəlib.



İkram İsrafil AzNews.az-a açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlını xəstə adlandırıb: "Təbii ki, Fuad Qəhrəmanlı bundan artıq nə yaza bilər ki? Mən əvvəl bilirdim ki, onda psxioloji pozuntular var. Amma indi tam əmin oldum ki, bu adam həqiqətən xəstədir. Xəstə adamın siyasətdə olması onun daha da xəstələnməsinə səbəb olur. Gərək onun dostları bu haqda düşünsün. Sumqayıt şəhərində psixoloji xəstəxana var. Orda da tanışlar var, həmin xəstəxanada onun müalicəsini öhdəmə götürə bilərəm. Mən hesab edirəm ki, Fuad Qəhrəmanlı yaxınlarının toy və şər işlərinə AXCP vəsiqəsi olmayanları buraxmayacaq. Məhz belə düşüncədə olan insanların hər cür söz deməsi mümkündür. Ona görə özünü pis duruma salmamaq ücün müalicə alıb sağalsa, yaxşı olar".

İkram İsrafil AXCP-də şəxsinə və əqidəsinə hörmət etdiyi kifayət qədər dostlarının olduğunu vurğulayıb: "Yəni mənim dediyim fikirlər bütöv çəbhəçilərə aid deyil. Konkret olaraq, bu fikiri səsləndirən müsavatçılara şamil edən Fuad Qəhrəmanlının təkcə psixoloji problemi deyil, onun beynində də müəyyən qədər nevroloji proseslərin getdiyini zənn etdim".

F.Qəhrəmanlının "YAP-çılarla badə qaldırıb sağlıq vurmaqda bu adamlar qəbahət heç nə görmürlər" ifadəsinə İ.İsrafilin cavabı daha kəskin olub: "Biz YAP-cılarla badə qaldırmağı, xeyir-şər məclislərində üz-üzə gəlməyi də bacarırıq, siyasi müstəvidə müzakirələr də aparmağı. 20 ildən coxdur ki, Müsavat partiyası öz mübarizəsində bunu sübüt edib. Hər halda dediyi bütün nöqsanları partiyalarının yaxın keçmişindəki siyasətinə baxsalar, onu görəcəklər. Fuad Qəhrəmanlının əxlaqı onun yazdığı statusdan bəllidir. Hər halda o, danışmasa yaxşıdır".

Qeyd edək ki, bir neçə gün öncə Müsavat partiyasının üzvü, sabiq deputat İkram İsrafilin oğluna etdiyi toyda YAP funksioneri, deputat Aydın Mirzəzadənin iştirakı AXCP tərəfindən etirazla qarşılanıb. AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı sosial şəbəkədə Müsavatın onları həmişə yarıda qoyduğunu qeyd edib.


Bahar RÜSTƏMLİ
AzNews.az
image description image description image description