Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

Bələdiyyə seçkilərinin vaxtı açıqlandı

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.



Trend-in məlumatına görə, bu barədə təklif Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov qeyd edib ki, ötən bələdiyyə seçkiləri dekabrın 23-də baş tutub və bu ilin dekabr ayının 23-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır.

M.Pənahov bu il də bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayaraq təklifi səsə qoyub. Təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

İclasda qeyd olunub ki, bələdiyyə seçkiləri üçün seçki bülletenlərinin hazırlanması dekabrın 13-dək həyata keçiriləcək. 2015-ci il yanvar ayının 17-nə qədər isə bələdiyyə seçkilərinin nəticələrinin elan edilməsi başa çatmalıdır. Bələdiyyə seçkilərində təşviqat kampaniyası seçkilərə 23 gün qalmış başlayacaq.