Quba şəhərinin bir çox küçələrində vətəndaşlar evlərindən bayıra çıxa bilmir. Quba şəhərinin bir çox küçələrində vətəndaşlar evlərindən bayıra çıxa bilmir.

Zibil qutularında yem axtaran heyvanlar - FOTOLAR

Quba şəhərinin bir çox küçələrində vətəndaşlar evlərindən bayıra çıxa bilmir.



AzNews.az xəbər verir ki, buna səbəb isə sahibsiz at və itlərin küçələrdə dolaşmasıdır. Əsasən zibil qutularının ərtafında qida axtarmaq üçün toplanan bu heyvanlar bəzən küçələrdə nəqliyyat vastələrinin hərəkətində də çiddi çətinliklər yaradırlar. Amma ən təhlükəli məqam isə heyvanların sahibsiz olması və onların quduzluq xəstəliyinin daşıyıcısı ola bilmələridir.

Sakinlərin sözlərinə görə, ən təhlükəli vəziyyət rayonun Memar Əcəmi küçəsindədir. Belə ki, günün əksər vaxtlarında zibil qutularının ətrafında olan bu heyvanların əlindən ev sakinləri uşaqlarını küçəyə çıxara bilmirlər. Dəfələrlə aidiyyatı qurumlara müraciət olunsa da buna məhəl qoyan tapılmır.

Qeyd edək ki, atların şəhərin mərkəzinə ucqar kəndlərdən gəldiyi deyilir.