Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Hainan" veloyürüşü start götürüb. 9 mərhələdən ibarət çoxgünlük yarışda 20 komanda iştirak edir. Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Hainan" veloyürüşü start götürüb. 9 mərhələdən ibarət çoxgünlük yarışda 20 komanda iştirak edir.

Azərbaycan velosipedçiləri 2 mərhələdən sonra ilk “onluq“da

Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Hainan" veloyürüşü start götürüb. 9 mərhələdən ibarət çoxgünlük yarışda 20 komanda iştirak edir.



AzNews.az xəbər verir ki, bu məlumatı Azərbaycan Velosiped İdmanı Federasiyası yayıb.

Yürüşdə ölkəmizi təmsil edən "Synergy Baku" kontinental komandasının 2 üzvü geridə qalan 2 mərhələdən sonra ümumi sıralamada ilk "onluq"da qərarlaşır.
Qeyd edək ki, 85.4 km-lik ilk mərhələdə velosipedçilərimizin hamısı - Maksim Averin, Aleksandr Surutkoviç, Kristof Şvayzer, Elçin Əsədov, Samir Cəbrayılov, İsmayıl İlyasov və Ənvər Asanov finişi eyni anda keçən pelotonun içərisində olublar - 1 saat, 56 dəqiqə, 30 saniyə.

Bu gün keçirilən 2-ci mərhələdə isə iştirakçılar 207 km məsafə qət ediblər və bu dəfə də təmsilçilərimiz mərhələ qalibi ilə eyni nəticəyə imza atıblar - 5 saat, 4 dəqiqə, 50 saniyə. 2 mərhələdən sonra 2 velosipedçimiz ümumi sıralamada ilk "onluq"da qərarlaşır - A.Surutkoviç 6-cı, E.Əsədov isə 9-cudur. Komanda hesabında "Synergy Baku" 20 kollektiv arasında 8-cidir.

Sabah keçiriləcək 3-cü mərhələdə velosipedçilər 134.7 km məsafə qət edəcəklər.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan "Synergy Group" ASC "Synergy Baku" komandasının baş sponsoru olmaqla Azərbaycanda velosiped idmanının inkişafını dəstəkləyir.


AzNews.az