Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov ANS kanalında yayımlanan “Comedi.az” verlişini tənqid edib. Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov ANS kanalında yayımlanan “Comedi.az” verlişini tənqid edib.

“Tərbiyəsizlik o həddə çatdı ki...”- MTRŞ-dan ANS-ə

Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov ANS kanalında yayımlanan “Comedi.az” verlişini tənqid edib.




"Qafqazinfo" xəbər verir ki, Təvəkkül Dadaşov bu barədə "facebook" səhifəsində yazıb;

"ANS-də şənbə günləri "Comedi.az" adlı yumoristik veriliş gedir. Veriliş başdan-ayağa "qara yumor", qeyri-etik sətiraltı məzmunlu "zarafatlar"dan ibarətdir. Studiyaya yığışan qonaqların çoxu da qadınlar, qızlar olur. Fikir vermişəm, sonuncudan əvvəlki buraxılışlarda intim bir səhnəcik göstəriləndə, tərbiyədən uzaq ifadə işlədiləndə kişilər-oğlanlar qalırdı bir qıraqda, həmin qız-qadınlar gülməkdən uğunub gedirdilər. Amma sonuncu verilişdə tərbiyəsizlik o həddə çatdı ki, hətta hər şeyə gülən o qız-qadınların sifətində bir ikrah görünürdü. Zaldan gülüş səsləri kəsilmişdi. Məncə, bu, kanala, verilişi hazırlayanlara bir siqnal olmalıdı. Çünki öz daimi qonaq-tamaşaçıları belə, narazı görünürdü. Bu qədər də olmaz da...zarafatın, yumorun da həddi olmalıdır".