Kabildə Əfqanıstan hərbçilərini daşıyan avtobusu hədəf alan uzaqdan idarə olunan bombanın partladılması nəticəsində dörd nəfər ölüb. Kabildə Əfqanıstan hərbçilərini daşıyan avtobusu hədəf alan uzaqdan idarə olunan bombanın partladılması nəticəsində dörd nəfər ölüb.

Avtobus partladıldı- 4 hərbçi həlak oldu

Kabildə Əfqanıstan hərbçilərini daşıyan avtobusu hədəf alan uzaqdan idarə olunan bombanın partladılması nəticəsində dörd nəfər ölüb.



ANS PRESS-in məlumatına görə, hücuma görə məsuliyyəti Taliban üzərinə götürüb. Hadisə beynəlxalq təhlükəsizlik qüvvələrinin bu ilin sonunda Əfqanıstanı tərk etməyə hazırlaşdığı vaxt ölkənin bir çox yerlərində demək olar hər gün baş verən zorakılıqlardan biridir.

Taliban Əfqanıstanın Qərb tərəfindən dəstəklənən hökuməti və xarici qüvvələrin ölkədə mövcudluğuna qarşı çıxır. Qrup Əfqanıstan və NATO qüvvələrinə qarşı son aylar mütəmadi hücumlar təşkil edir.