Bu gün Azərbaycan kubokunda yeni mövsümə start veriləcək. Bu gün Azərbaycan kubokunda yeni mövsümə start veriləcək.

Bu gün Azərbaycan kubokuna start veriləcək

Bu gün Azərbaycan kubokunda yeni mövsümə start veriləcək.



Apasport.az saytının məlumatına görə, yarış iştirakçılarının sayı az olduğundan 1/16 finalda cəmi 4 komanda mübarizə aparacaq.

Bir oyundan ibarət mərhələdə bu gün azarkeşlər iki oyuna şahidlik edəcək.

Belə ki, I divizionda çıxış edən MOİK-lə "Lokomotiv" münasibətinə aydınlıq gətirəcək. "Qaradağ Lökbatan" isə "Zirə" ilə üz-üzə gələcək.

Qeyd edək ki, növbəti mərhələdə MOİK – "Lokomotiv" cütünün qalibi "Qarabağ"la, "Qaradağ Lökbatan" – "Zirə" cütündə üstün olan tərəf isə "Neftçi"nin rəqibi olacaq.

Azərbaycan kuboku

1/16 final mərhələsi

22 oktyabr (çərşənbə)

14:00. MOİK – "Lokomotiv"

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Vüsal Qənbərov, Səbuhi Soltanov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu

14:00. "Qaradağ Lökbatan" – "Zirə"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, İsgəndər Əliyev, Xəlil Xəlilov
"Dalğa Arena"