Bu gün gecə futbol üzrə Çempionlar Liqasında III turun oyunlarına yekun vurulacaq. Bu gün gecə futbol üzrə Çempionlar Liqasında III turun oyunlarına yekun vurulacaq.

“Qalatasaray“ı İstanbulda çətin oyun gözləyir

Bu gün gecə futbol üzrə Çempionlar Liqasında III turun oyunlarına yekun vurulacaq.



AzNews.az xəbər verir ki, 2-ci oyun günündə daha 8 qarşılaşma baş tutacaq.
Azərbaycanlı azarkeşlərin maraqla gözlədiyi oyun D qrupunda keçiriləcək. Türkiyənin "Qalatasaray" komandası İstanbulda Dortmund "Borussiya"sını qəbul edəcək. Qrupun digər oyununda "Arsenal" "Anderlext"ə qonaq olacaq.

A qrupunda Azərbaycan futbolsevərlərin daha bir sevimli klubu olan Madridin "Atletiko" klubu öz meydanında "Malmö"nü sınağa çəkəcək. Qrupun digər oyununda "Yuventus" səfərdə "Olimpiakos"la üz-üzə gələcək.

B qrupunda məşhur futbolçu Kriştiano Ronaldonun şərəfini qoruduğu "Real Madrid" səfərdə "Liverpul"u məğlub etməyə çalışacaq. Qrupun digər matçında "Ludoqorotes" "Bazel"i qəbul edəcək.

C qrupunda "Monako" – "Benfika" və "Bayer" (Leverkuzen) – "Zenit" oyunları keçiriləcək.

22 oktyabr
A qrupu

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Malmö" (İsveç)
23:45. "Olimpiakos" (Yunanıstan) - "Yuventus" (İtaliya)

B qrupu
23:45. "Liverpul" (İngiltərə) - "Real" (Madrid, İspaniya)
23:45. "Ludoqorets" (Bolqarıstan) - "Bazel" (İsveçrə

C qrupu
23:45. "Monako" (Fransa) - "Benfika" (Portuqaliya)
23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Zenit" (Rusiya)

D qrupu
23:45. "Anderlext" (Belçika) - "Arsenal" (İngiltərə)
23:45. "Qalatasaray" (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya)