Bu gün Rusiyanın Maqnitoqorsk şəhərinin Deputatlar Şurasının sədri Aleksandr Morozovun rəhbərliyi ilə rusiyalı iş adamlarının da daxil olduğu nümayəndə heyəti Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (Azpromo) olub. Bu gün Rusiyanın Maqnitoqorsk şəhərinin Deputatlar Şurasının sədri Aleksandr Morozovun rəhbərliyi ilə rusiyalı iş adamlarının da daxil olduğu nümayəndə heyəti Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (Azpromo) olub.

Rusiyalı iş adamları Azərbaycana gəldi

Bu gün Rusiyanın Maqnitoqorsk şəhərinin Deputatlar Şurasının sədri Aleksandr Morozovun rəhbərliyi ilə rusiyalı iş adamlarının da daxil olduğu nümayəndə heyəti Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (Azpromo) olub.



AzNews.az xəbər verir ki, bu məlumat İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən APA-ya verilib.

Azərbaycanda investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edən Azpromo-nun rəhbəri Rüfət Məmmədov təqdimatında ölkəmizin qazandığı iqtisadi uğurlar, həyata keçirilən irimiqyaslı regional layihələr, sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, eləcə də Azpromo-nun yerli və xarici iş adamlarına göstərdiyi dəstək barədə məlumat verib. Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu vurğulayan Azpromo rəhbəri rusiyalı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

A. Morozov ölkəmizə səfərindən, Azərbaycandakı sosial-iqtisadi inkişafdan məmnunluğunu ifadə edib. A. Morozov çıxışında Rusiya Federasiyasının digər subyektləri kimi, Maqnitoqorsk şəhərinin də Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, Maqnitoqorska investisiya qoyuluşu imkanları barədə məlumat verib.

Tədbirdə Maqnitoqorsk şəhərinin investisiya və biznes imkanlarına dair film nümayiş olunub, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.