“Xalq Arzusu” hərəkatının qurucusu Asəf Quliyev son zamanlar iki aparıcı müxalifət partiyası olan AXCP ilə Müsavat arasında gedən qarşıdurma haqda müraciət ünvanlayıb. “Xalq Arzusu” hərəkatının qurucusu Asəf Quliyev son zamanlar iki aparıcı müxalifət partiyası olan AXCP ilə Müsavat arasında gedən qarşıdurma haqda müraciət ünvanlayıb.

AXCP ilə Müsavat arasındakı qarşıdurma kimə lazımdır?

“Xalq Arzusu” hərəkatının qurucusu Asəf Quliyev son zamanlar iki aparıcı müxalifət partiyası olan AXCP ilə Müsavat arasında gedən qarşıdurma haqda müraciət ünvanlayıb.



Həmin müraciətdə deyilir ki, hər hansı bir partiyanın yanlış bir hərəkəti bütün müxalifət üçün zərbə sayılır:

"1988-ci ildə xalqın ümid yeri hesab edilən Azərbaycan Xalq Cəbhəsi (AXC) ətrafında birləşməsi və sonradan bütün partiyaların AXC şinelindən çıxması bu gün də kütlə arasında müxalif düşərgəyə cəbhəçi kimi baxılması təsadüfi deyil. Məhz bunun nəticəsidir ki, son illər geniş xalq kütləsi müxalifətdən kənarda dayanır və onun təşkil etdiyi aksiyalarda istirak etmir. Təəssüf ki, son zamanlar Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə Müsavat arasında gedən qarşıdurma və təhqirlər cəmiyyətin müxalif düşərgəyə olan münasibətini mənfi mənada daha da artırır. Düzdür, bu partiyalar hazırda eyni blokda siyasi fəaliyyət göstərməsələr də gələcəkdə milli məsələdə bir sırada dayana bilərlər", - deyə Asəf Quliyev bildirib.

"Xalq Arzusu" hərəkatının qurucusu AzNews.az-a açıqlamasında deyib ki, bu gün Azərbaycan ətrafında bas verən siyasi hadisələr vətəndaşları dovlətin təhlükəsizliyi ücün birgə addım atmaga vadar edir: "Düsünürəm ki, hər iki partiya rəhbərliyi mətbuatda, sosial şəbəkələrdə bu cür qarşıdurmalara son vermək ücün ciddi addımlar atmalıdır. Biz bu ölkənin vətəndaşlarıyıq. İstəsək də, istəməsək də bir yerdə yaşamaga və mübarizə aparmaga məhkumuq".


Bahar RÜSTƏMLİ
AzNews.az