Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Bakıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edəcək. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Bakıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edəcək.

Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək - Bakıda

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Bakıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edəcək.



AzNews.az Trend-ə istinadən xəbər verir ki, Ştaynmayerin Qafqaz turnesi çərçivəsində o, Bakı və İrəvanda olacaq.

Bu barədə "Deutsche Welle" radiosi məlumat yayıb.

Məlumatda deyilir ki, bu səfər Avropa İttifaqının, hətta Ukraynadakı böhran qarşısında belə "Şərq Tərəfdaşlığı" ölkələrinin problemlərini diqqətdən qaçırmadığını göstərir.
Oktyabrın 23-də Ştaynmayer Bakıya gələcək. Burada onun ölkənin rəsmi şəxsləri ilə görüşləri planlaşdırılıb. Sonra Almaniya XİN rəhbəri İrəvana gedəcək və prezident Serj Sarkisyanla görüşəcək.