Sabah Azərbaycanda havanın temperaturu 23 dərəcəyə yüksələcək. Sabah Azərbaycanda havanın temperaturu 23 dərəcəyə yüksələcək.

Azərbaycanda “yaz havası“ olacaq

Sabah Azərbaycanda havanın temperaturu 23 dərəcəyə yüksələcək.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 18-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.
Yaxın iki gün ərzində ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir.