İngiltərənin nəhəng futbol klubu olan “Çelsi”nin sahibi Roman Abramoviçin Cənubi Egey sevdası bitmir. İngiltərənin nəhəng futbol klubu olan “Çelsi”nin sahibi Roman Abramoviçin Cənubi Egey sevdası bitmir.

Abramoviçin yaxtaları türkləri heyran etdi - VİDEO

İngiltərənin nəhəng futbol klubu olan “Çelsi”nin sahibi Roman Abramoviçin Cənubi Egey sevdası bitmir.



AzNews.az xəbər verir ki, iş adamının 165 metr uzunluğunda olan "Eclipse" yaxtası son bir aydır ki, Marmaris ilə Bodrum arasında lövbər salıb.

Abramoviç indi isə 113 metrlik digər lüks ``Le Grand Bleu`` yaxtasını Marmarisa gətirib.
Hər iki yaxtanın Hisarönü körfəzindəki beş ulduzlu bir otelin qarşısında yan-yana lövbər saldığı deyilir.

Vətəndaşların və turistlərin maraq dairəsinə çevrilən yaxtalardan bu gün səhər saatlarında bir vertolyot havaya qalxıb. Bir müddət körfəz üzərində uçan vertolyot, daha sonra Rodos adası istiqamətində gözdən itib. Qısa müddətdən sonra isə yaxtanın birindən ayrılan sürət gəmisi Orxanıya tərəf gedib.

Qeyd edək ki, 1,2 milyard dollar dəyərində olduğu təxmin edilən dünyanın ən böyük yaxtası "Eclipse"də 3 üzmə hovuzu, xüsusi kino salonları, su idmanı avadanlıqları ilə təzhiz edilən iki mini "stadion" var. 2000-ci ildə inşa edilən və 2003-ci ildə yenilənən 4 mərtəbəli ``Le Grand Bleu`` də bu xüsusiyyətlərinə görə ondan geri qalmır.