Payız-qış mövsümü ilə dəm qazından zəhərlənmə halları artır. Payız-qış mövsümü ilə dəm qazından zəhərlənmə halları artır.

Dəm qazı təhlükəsi ilə bağlı – Rəsmi xəbərdarlıq

Payız-qış mövsümü ilə dəm qazından zəhərlənmə halları artır.



AzNews.az ANS TV-yə istinadən xəbər verir ki, payız- qış mövsümü başladığından əhalinin istilik cihazlarından istifadə halları da çoxalıb. Mövsümün başlanmasi ilə artıq dəm qazından bir neçə zəhərlənmə hadisəsi də qeydə alınıb.

"Azəriqaz" QSC qış mövsümünə hazırlıq işlərinə başlayıb. İlk növbədə cihazların texniki baxışları həyata keçirilir. Həmçinin qaz cihazlarından qeyri- qanuni istifadə hallarının aşkarlanması istiqamətində də işlər aparılır. Belə ki, texniki baxış sürətləndirilib, maarifləndirici kampaniya həyata keçirilir. Hətta, texniki baxışı həyata keçirən yeni qurum da formalaşdırılıb. Ancaq sırf təhlükəsizlik baxımından abonentlərin üzərinə daha çox məsuliyyət düşür.

Ölüm halları ilə rastlaşmamaq üçün "Azəriqaz" QSC-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev abonentləri də qaz qurğularının quraşdırıldığı zaman təhlükəsizlik tələblərinə riayət etməyə çağırır.

Belə ki, o havalandırma xətlərinin normal işləməsi üçün lazımı tədbirlərin vaxtında görülməsini bildirdi.

Əgər istilik cihazı hamamda quraşdırılıbsa, otağın qapısı içəri deyil, çölə açılmalıdır. Otağa havanın daxil olmasını təmin etmək üçün, qapının aşaği hissəsində 0,02 kvadrat mertdən az olmayan boş sahə saxlanılmalıdır və ya dəliklər açılmalıdır. Diqqət yetirilməli daha bir məqam var, bu da istilik cihazlarıdır. Daha yaxşı olardı ki, abonentlər istilik cihazlarını əldə edərkən, onların uyğunluq sertifikatlarının mövcud olub- olmasına diqqət yetirsinlər.

Sözsüz ki, bu cihazların quraşdırılmasını yoldan keçənə deyil, məhz mütəxəssislərə həvalə etmək məsləhətdir. Necə deyərlər, öz həyatınızın qeydinə gərək elə özünüz qalasınız ki, sonradan faciəvi sonluqla üzləşməyəsiniz.