“İslam Dövləti” yaydığı videoda iddia edir ki, kürd döyüşçülərinə ünvanlanması nəzərdə tutulan ABŞ silahlarının bir hissəsini ələ keçirib. “İslam Dövləti” yaydığı videoda iddia edir ki, kürd döyüşçülərinə ünvanlanması nəzərdə tutulan ABŞ silahlarının bir hissəsini ələ keçirib.

ABŞ silahı “İslam Dövləti”nin əlinə neçə keçdi?

“İslam Dövləti” yaydığı videoda iddia edir ki, kürd döyüşçülərinə ünvanlanması nəzərdə tutulan ABŞ silahlarının bir hissəsini ələ keçirib.



AzNews.az BBC-yə istinadən xəbər verir ki, Pentaqon məsələnin araşdırıldığını bildirib.

Bazar ertəsi ABŞ təyyarələrindən Kobani şəhərini müdafiə edən kürd döyüşçülərinə silah, sursat və başqa hərbi avadanlıqdan ibarət bağlamalar atılıb.



Pentaqon silahların əksəriyyətinin kürdlərə çatdırıldığını bildirib. Lakin bir qədər sonra ABŞ komandanlığı cihadçıların nəzarətində olan əraziyə düşən bir bağlamanın məhv edildiyini qeyd edib.

ABŞ-ın hərbi təyyarəsi Kobani şəhərinin böyük hissəsinə kürdlərin nəzarət etdiyini bildirir. Hərçənd ki, İD qruplaşmasından irəli gələn təhlükə sovuşmayıb.

Ötən həftə kürd dəstələri İD döyüşçülərini şəhərin kənar rayonlarındakı mövqelərə çıxarmağa nail olublar. Bundan sonra iki gün ərzində davam edən nisbi sakitlik bazar ertəsi cihadçıların yenidən hücuma keçməsi ilə sona çatıb.



Pentaqon bildirir ki, koalisiya zərbələri və kürd döyüşçülərinin səyləri nəticəsində İD irəliləməsinin qarşısı alınıb.

İnsan haqları üzrə Suriya fəallarının "Syrian Observatory for Human Rights" qrupu çərşənbə axşamı Kobanidəki döyüşlərdə 30 cihadçının və 11 kürdün öldürüldüyünü bildirir.

Britaniyada mənzillənən qrup şəhərə əlavə İD döyüşçülərinin gətirildiyini bildirib.
Bazar ertəsi Türkiyənin xarici işlər naziri Mevlut Cavuşoğlu İraqın kürd döyüşçülərinə Suriya sərhədini keçib İslam Dövləti (İD) qruplaşmasına qarşı vuruşmağa icazə verəcəyini bildirib.



Bunun ardınca şəhərdə döyüşlər yenidən qızışıb.

Dinc əhalinin çoxu artıq həftələrdir ki, döyüş şəraitində yaşayan Kobanini tərk edib.