Sabah futbol üzrə Avropa Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. Sabah futbol üzrə Avropa Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək.

“Qarabağ” Avroliqada növbəti oyununa çıxacaq

Sabah futbol üzrə Avropa Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək.



AzNews.az Apasport.az-a istinadən xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində mübarizə aparan komandalar III tura yekun vuracaq.

Azərbaycan çempionu "Qarabağ" I dövrənin son oyununu oktyabrın 23-də Kiyevdə keçirəcək. İlk iki matçda 1 xal toplayan Qurban Qurbanovun yetirmələri Ukraynada "Dnepr"in qonağı olacaqlar. Ölkədəki siyasi vəziyyətlə əlaqədar matç Dnepropetrovskda deyil, Kiyevdə baş tutacaq.

F qrupunun autsayderlərinin görüşündə hər iki komanda ilk qələbəsini qazanmağa çalışacaq. "Qarabağ" bunu bacarsa, həm sonuncu pillədən qurtulacaq, həm də bir sıra ilklər və rekordların gerçəkləşməsinə səbəb olacaq. Bu qələbə klubun deyil, ölkə futbolunun tarixinə düşə biləcək məqamlarla zəngindi. Ölkəmiz mövsümdə 9-cu, qrupda 1-ci qələbəsinin həsrətindədi. Ağdamlılar isə əsas mərhələdə ilk qol, ilk səfər xalı, ümumilikdə isə 20-ci qələbəni gözləyir.

Avrokuboklarda Ukrayna təmsilçiləri ilə yalnız 1999/2000 mövsümündə üz-üzə gələn klublarımızın uğursuzluğunu "Qarabağ" unutdurmağa çalışacaq. 15 il əvvəl "Krivbass"dan 5 qol buraxan "Şəmkir" hər iki görüşdə məğlub olmuşdu – 0:2, 0:3.
Hər iki komandanın daxili çempionatda da işlərinin yaxşı getməsi Kiyevdə gərgin mübarizə vəd edir. Ukrayna Premyer Liqasında 1 heç-heçə edən və 9 matçda 4 top buraxan "Dnepr" "Şaxtyor" və "Dinamo" kimi nəhəngləri arxada qoya bilib. İlk çempionluq arzusuna düşən komandanın baş məşqçisi Miron Markeviç də, ukraynalıların digər nümayəndələri də bu arzu üçün Avropa Liqasını qurban verməyə hazır olduğunu da açıqlayıb. Lakin bu, o demək deyil ki, "Dnepr" evdə əsas mərhələnin debütantına asanlıqla təslim olsun.

"Qarabağ" isə rəqibindən fərqli həm beynəlxalq, həm daxili arenada özünü göstərməyə çalışır. Topaz Premyer Liqasında potensial lider olan ağdamlılar qitə səhnəsində də mümkün qədər irəliləmək iddiasındadı. Qarşıda iki ev oyununun qaldığını nəzərə alsaq, səfərdə 1 xal də qənaətbəxş sayılacaq. Özü də 1 xal da son pillədən qurtulmaq üçün yetərli ola bilər. Bunun üçün İtaliya "İnter"i Fransa "Sent-Etyen"inə böyükhesabla qalib gəlməlidi.

Avropa Liqası
Qrup mərhələsi, III tur
F qrupu
23 oktyabr
00:05. "DNEPR" (Ukrayna) – "QARABAĞ" (Azərbaycan)

Baş hakim: Libor Kovarjik
Baş hakimin köməkçiləri: Kristof Menkl, Yan Patak
Əlavə hakim köməkçiləri: Radek Priqoda, Yan Jilek
Dördüncü hakim: Petr Blaje (hamısı Çexiya)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Hakim-inspektor: Stefan Ormanciyev (Bolqarıstan)
Kiyev. Olimpiya Milli İdman Kompleksinin stadionu