Oktyabrın 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşü olub. Oktyabrın 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşü olub.

Mehriban Əliyevaya orden verildi - FOTO + VİDEO

Oktyabrın 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşü olub.



AzNews.az xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya "Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə" ordeni təqdim olunub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qubernator Aleksandr Jilkini Heydər Əliyev Fondunda salamlayaraq, Fond ilə Həştərxan vilayətini səmərəli əməkdaşlıq əlaqələrinin birləşdirdiyini deyib. Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Həştərxanda bir sıra iri layihələr reallaşdırdığını qeyd edib. Fondun təşəbbüsü və dəstəyi ilə Həştərxanda ümummilli lider Heydər Əliyevin adını daşıyan 11 saylı məktəb, uşaq bağçası, "Dostluq" körpüsü, uşaq əyləncə şəhərciyi, knyaz Vladimir abidəsi açılıb. Heydər Əliyev Fondunun prezidenti əməkdaşlığın davam edəcəyinə əminliyini ifadə edərək, Azərbaycan və Rusiyanı möhkəm dostluq əlaqələrinin birləşdirdiyini söyləyib.

Qeyd edilib ki, siyasi, iqtisadi əlaqələrlə yanaşı, mədəniyyət və təhsil sahəsində də münasibətlərin genişləndirilməsinə böyük diqqət yetirilir. Birinci xanım Mehriban Əliyeva Fondun layihələrinin Həştərxan vilayətinin qubernatorunun rəhbərliyi ilə həyata keçirildiyini bildirərək, Aleksandr Jilkinə təşəkkür edib.

Heydər Əliyev Fondunda təşkil edilən görüşə görə minnətdarlığını bildirən Aleksandr Jilkin Fondun Həştərxanda reallaşdırdığı layihələrin istiqamətinin düzgün seçildiyini vurğulayıb.

Qubernator qeyd edib ki, bu layihələrin hamısı Həştərxan sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır.

Həştərxan vilayətinin qubernatoru Azərbaycan diasporunun fəaliyyətindən danışdı, bunun ölkələrimiz arasında mövcud dostluq əlaqələrini bir daha təsdiq etdiyini söyləyib.

Görüşdə Azərbaycan ilə Həştərxan arasında birbaşa aviareysin açılmasının vacibliyinə toxunulub, Həştərxan sakinlərinin Azərbaycanı turist kimi ziyarət etmək arzuları qeyd edilib, Şahdağ, Naftalan kimi kurortların böyük maraq doğurduğu vurğulanıb.

Görüşdə Avropa Oyunlarına hazırlıq məsələləri də müzakirə edildi, Oyunların yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub. Oyunları izləmək üçün Həştərxandan ölkəmizə çoxlu sayda insanların gələcəyi bildirilib. Heydər Əliyev Fondunun xətti ilə Həştərxanda mədəni tədbirlərin keçirilməsinin mümkünlüyü qeyd edilib. Eyni zamanda, Azərbaycan ilə Həştərxan arasında balıqçılıq sahəsində əməkdaşlıq məsələsi diqqət mərkəzində olub, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi ilə birgə nərə balıqları ilə bağlı layihənin həyata keçirilməsi müzakirə edilib.

Aleksandr Jilkin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya "Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə" ordenini və xatirə hədiyyəsini təqdim edib.








AzNews.az