Bu gün futbol üzrə Azərbaycan kubokunu 1/16 final mərhələsinin oyunları keçirilib. Bu gün futbol üzrə Azərbaycan kubokunu 1/16 final mərhələsinin oyunları keçirilib.

“Qarabağ“ və “Neftçi“nin Kubokda rəqibi bəlli oldu

Bu gün futbol üzrə Azərbaycan kubokunu 1/16 final mərhələsinin oyunları keçirilib.



AzNews.az Qol.az-a istinadən xəbər verir ki, "Lokomotiv" səfərdə MOİK-in qonağı olub. Oyun 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. "Qaradağ Lökbatan" isə öz meydanında "Zirə"ni qəbul edib və eyni hesabla qalib gəlib - 1:0.

Qeyd edək ki, "Lokomotov"i məğlub edən MOİK 1/8 finalda "Qarabağ"la, "Zirə"yə qalib gələn "Qaradağ Lökbatan" isə "Neftçi" ilə qarşılaşacaq.

22 oktyabr

14:00. MOİK – "Lokomotiv" - 1:0

Qol: Röyal Nəcəfov, 53 (1:0)

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Vüsal Qənbərov, Səbuhi Soltanov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu, 14:00

14:00. "Qaradağ Lökbatan" – "Zirə" - 1:0

Qol: Ramil Nuriyev, 16-pen (1:0)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, İsgəndər Əliyev, Xəlil Xəlilov
Bakı. "Dalğa Arena"