“Moskvanın “Vnukovo” aeroportunda Fransanın “Total” neft şirkəti rəhbərinin ölümü ilə nəticələnən qəza "ehtiyatsızlıq cinayəti" nəticəsində baş verib”. “Moskvanın “Vnukovo” aeroportunda Fransanın “Total” neft şirkəti rəhbərinin ölümü ilə nəticələnən qəza "ehtiyatsızlıq cinayəti" nəticəsində baş verib”.

Rus müstəntiqləri Vnukovo qəzası ilə bağlı açıqlama yaydı

“Moskvanın “Vnukovo” aeroportunda Fransanın “Total” neft şirkəti rəhbərinin ölümü ilə nəticələnən qəza "ehtiyatsızlıq cinayəti" nəticəsində baş verib”.



AzNews.az xəbər verir ki, bu məlumatı Rusiya müstəntiqləri yayıb: "Qartəmizləyən maşının sürücüsü sərxoş olub, aeroportun menecerləri isə "ehtiyatsız" davranıb.
"Total" neft şirkətinə 2007-ci ildən rəhbərlik edən Kristof de Margerie neft sənayesinin ən tanınmış simalarından biri olub.

Rusiyanın İstintaq Komitəsi qəzanı araşdırır. Federal agentlik olan Komitə, Rusiya prezidenti Vladimir Putinə cavabdehdir.

"Artıq aydındır ki, hadisələrin səbəbi, aeroport nümayəndələrinin göstərmək istədiyi kimi faciəvi şəraitlərin qovuşması deyil, aeroport işçilərinin fəaliyyətinə nəzarət edə bilməyən rəsmilərin ehtiyatsızlığıdır", - deyə komitənin sözçüsü Vladimir Markin bildirib.

Qeyd edək ki, Kristof de Margerie-nin şəxsi təyyarəsi qartəmizləyən maşınla toqquşduqdan sonra o, və üç ekipaj üzvü həlak olub.


AzNews.az