Xorvatiyanın paytaxtı Zaqrebdə boks üzrə gənclər arasında Avropa birinciliyi davam edir. Xorvatiyanın paytaxtı Zaqrebdə boks üzrə gənclər arasında Avropa birinciliyi davam edir.

Azərbaycan boksçuları ermənilərlə qarşılaşacaq

Xorvatiyanın paytaxtı Zaqrebdə boks üzrə gənclər arasında Avropa birinciliyi davam edir.



AzNews.az xəbər verir ki, bu məlumatı Azərbaycan Boks Federasiyası yayıb.

Məlumatda deyilir ki, yarışların 4-cü günündə daha 4 boksçumuz rinqə çıxıb. 56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev ilk görüşdəcə Belarus nümayəndəsi Dmitri Asanauova məğlub olub - 1:2.

Superağır çəki dərəcəsində gücünü sınayan Məhəmmədəli Tahirov isə Avropa birinciliyinə qələbə ilə başlayıb. Bokçumuz slovakiyalı Qarlik Lukasdan üstün olub - 3:0. Milli komandamızın üzvü bu gün keçiriləcək ¼ final mərhələsində Ermənistan idmançısı Qnel Muradyanla qarşılaşacaq.

Yeniyetmələrin Olimpiya Oyunlarının iştirakçısı Məsud Yusifzadə də (52 kq) ilk görüşdə qələbə qazanıb. Həmyerlimiz Şotlandiya təmsilçisi Lii Makqreqor üzərində qələbə qazanıb - 2:1. M.Yusifzadənin ¼ finaldakı rəqibi Gürcüstanı təmsil edən Qaqik Pozoyan olacaq.

69 kq məki dərəcəsində çıxış edən Roman Zakirov məşqçilərin ümidlərini doğrultmayıb. Boksçumuz ilk görüşdə xorvatiyalı Luka Prtenjakaya məğlub olub - 0:3.

Avropa birinciliyinə oktyabrın 25-də yekun vurulacaq.