“İşsiz və işaxtaran vətəndaşların, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun təminatı ilə bağlı işəgötürənlərin məsuliyyətinin artırılması üçün qanunvericilikdə müvafiq dəyişikliklərə ehtiyac vardır. Bu məqsədlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə və digər normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair nazirlik tərəfindən təkliflər hazırlanıb”. “İşsiz və işaxtaran vətəndaşların, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun təminatı ilə bağlı işəgötürənlərin məsuliyyətinin artırılması üçün qanunvericilikdə müvafiq dəyişikliklərə ehtiyac vardır. Bu məqsədlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə və digər normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair nazirlik tərəfindən təkliflər hazırlanıb”.

İşsiz vətəndaşlarla bağlı qanuna dəyişiklik ediləcək

“İşsiz və işaxtaran vətəndaşların, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun təminatı ilə bağlı işəgötürənlərin məsuliyyətinin artırılması üçün qanunvericilikdə müvafiq dəyişikliklərə ehtiyac vardır. Bu məqsədlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə və digər normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair nazirlik tərəfindən təkliflər hazırlanıb”.



AzNews.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məşğulluq, demoqrafiya sahəsində və yeni Tvinninq layihəsi üzrə görülən işlərə dair "Məlumat mübadiləsi saatı" tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov deyib.

O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15 noyabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəldilməsinin əsas prioritetlərdən olduğunu qeyd edib. "Bu sahədə aparılan işlərdən biri kimi müxtəlif sahələr üzrə 200 peşə standartı hazırlanaraq, ötən ilin sonlarında sahibkarların istifadəsinə verilib. Cari ilin ötən dövründə isə daha 30 yeni peşə standartının layihələri hazırlanıb. Ümumiyyətlə, biz dinamik və çoxşaxəli iqtisadi inkişaf, habelə əlverişli demoqrafik vəziyyətin formalaşdığı şəraitdə bu prosesi davam etdirməyi və qarşıdakı dövrdə 5 min peşə standartının hazırlanmasını nəzərdə tuturuq".

S.Müslümov bildirib ki, dövlət başçısının müvafiq tapşırığına əsasən, ölkəmizin uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması nazirliyin gündəliyində mühüm yer tutur. Azərbaycanın yeni Məşğulluq Konsepsiyasının hazırlanması ilə bağlı aidiyyəti dövlət orqanları və Milli Elmlər Akademiyasının nümayəndələri ilə artıq müzakirələrə başlanılıb. Nazir əlavə edib ki, işsiz və işaxtaran vətəndaşların, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun təminatı ilə bağlı işəgötürənlərin məsuliyyətinin artırılması üçün qanunvericilikdə müvafiq dəyişikliklərə ehtiyac vardır. Bu məqsədlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə və digər normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair nazirlik tərəfindən təkliflər hazırlanıb.

"Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)"nın layihəsinin də hazırlandığını qeyd edən S.Müslümov Aİ-nin Avropa Qonşuluq Siyasəti çərçivəsində icra olunan "Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" adlı yeni Tvinninq layihəsindən də bəhs edib: "Bu layihə çərçivəsində Litva, Fransa və Almaniyanın müvafiq dövlət qurumları ilə əməkdaşlıq şəraitində və həmin ölkələrin təcrübəsi əsasında əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi, tibbi-sosial reabilitasiyası sisteminin inkişafı və s. sahələrdə işlər aparılır".

Tədbirdə Nazirliyin Aparatının Məşğulluq siyasəti şöbəsinin müdiri Vahab Məmmədov, qeyd olunan Tvinninq layihəsi üzrə beynəlxalq ekspert Kristian Mutye, Sumqayıt Əlillərin Bərpa Mərkəzinin baş həkimi Şaban Eyvazov, nazirliyin Sumqayıt şəhəri üzrə 12 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri Gülnarə Hacıyeva müvafiq fəaliyyət sahələrinə dair məlumatlar veriblər. Daha sonra Azərbaycana Birgə Yardım Təşkilatının təqdimatı olub. Ayrı-ayrı suallar cavablandırılaraq, görülən işlərlə bağlı fikir mübadilələri aparılıb və cari məsələlər müzakirə olunub.


Gültəkin ƏLƏSGƏR
AzNews.az