“Konqolu doktor Denis Mukvege Saxarov mükafatına layiq görülüb”. “Konqolu doktor Denis Mukvege Saxarov mükafatına layiq görülüb”.

Saxarov mükafatı Konqolu həkimə verildi

“Konqolu doktor Denis Mukvege Saxarov mükafatına layiq görülüb”.



AzNews.az xəbər verir ki, bu məlumatı BBC News yayıb.

Məlumatda deyilir ki, o, Demokratik Konqo Respublikasında minlərlə zorlama qurbanına kömək edib.

Avropa parlamenti Saxarov mükafatının qalibini Strasburqda elan edib.

Hazırda 59 yaşı olan Denis Mukvege dəhşətli seksual zorakılığın qurbanlarına kömək işini 1999-cu ildə Konqonun şərqində xəstəxanadan başlayıb.
Onu iki il əvvəl hətta öldürmək istəyiblər.

Konqoda zəngin mineral ehtiyatlar uğrunda vuruşan silahlı dəstələrin seksual zorakılıqdan istifadə etməsini pisləyəndən sonra Denis Mukvegeyə sui-qəsd olub. Ancaq o, bundan salamat çıxa bilib.

Qeyd edək ki, Saxarov mükafatına bu il 3 namizəd olub.