Bərdədə intihar hadisəsi baş verib. Bərdədə intihar hadisəsi baş verib.

Borca görə özünü ağacdan asdı- Bərdədə

Bərdədə intihar hadisəsi baş verib.




"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Şorəlli kəndində qeydə alınıb.

Kənd sakini 31 yaşlı Vasif Məmmədov özünü həyətlərindəki ağacdan asıb. İntihardan ilk xəbər tutan onun ailə üzvləri olub.

Yerli sakinlərin sözlərinə görə, gəncin intiharına səbəb banka külli miqdarda borcunun olması və onu ödəyə bilməməsidir.

Qeyd edək ki, Vasif Məmmədov iki uşaq atasıdır.