"Milan"ın hücumçusu Robinyo qrup halında zorlamada iştirak etməkdə günahlandırılır. "Milan"ın hücumçusu Robinyo qrup halında zorlamada iştirak etməkdə günahlandırılır.

Məşhur futbolçu zorlamada günahlandırılır

"Milan"ın hücumçusu Robinyo qrup halında zorlamada iştirak etməkdə günahlandırılır.



ANS PRESS-in məlumatına görə, "Santos"un heyətində icarə əsasında çıxış edən braziliyalı, 18 yaşlı qızın şikayəti əsasında müstəntiqin suallarını cavablandıracaq.

Hadisə 2013-cü ilin yanvar ayında baş verib. Robinyo 5 dostu ilə birlikdə həmin qıza restoranda rast gəliblər.

Futbolçunun xanımı yanında olsa da, o, tezliklə həyat yoldaşını evə aparıb və yenidən restorana qayıdıb. Sözügedən hadisə də bundan sonra baş verib.

Qeyd edək ki, 2009-cu ildə "Mançester Siti"də oynayarkən də Robinyonun adı analoji məsələdə hallanmışdı.