Avropa Liqasının III turunda "Qarabağ"ın sabah “Dnepr”lə keçirəcəyi görüşlə bağlı Ukraynada səfərdə olan azərbaycanlı jurnalistlər ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli ilə görüşüb. Avropa Liqasının III turunda "Qarabağ"ın sabah “Dnepr”lə keçirəcəyi görüşlə bağlı Ukraynada səfərdə olan azərbaycanlı jurnalistlər ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli ilə görüşüb.

Səfirimiz Kiyevdə səfərdə olan jurnalistləri qəbul etdi - FOTOLAR

Avropa Liqasının III turunda "Qarabağ"ın sabah “Dnepr”lə keçirəcəyi görüşlə bağlı Ukraynada səfərdə olan azərbaycanlı jurnalistlər ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli ilə görüşüb.



AzNews.az xəbər verir ki, E. Mədətli jurnalistlərə səfirliyin fəaliyyəti və iki ölkə arasındakı münasibətlərdən danışıb. Səfir bildirib ki, Azərbaycanla Ukrayna arasındakı əməkdaşlıq strateji əhəmiyyət daşıyır.

Səfirin sözlərinə görə, ilk dəfədir ki, Ukraynaya Azərbaycandan böyük heyətlə jurnalistlər səfər edir: "Belə bir böyük tərkibdə jurnalistlərin Azərbaycan səfirliyində qonaq olması məni çox sevindirir. Biz ölkə mətbuatını diqqətlə izləyirik. Onu da deməliyəm ki, Azərbaycan kütəvi İnformasiya vasitələri Ukraynadakı hadisələr barədə məlumatları bəzən yerli mətbautda daha operativ şəkidə yayımlayırlar. Bu, çox yaxşı haldır".



E.Mədətli rəhbərlik etdiyi diplomatik korpusun internet səhifəsinin onlayn rejimdə işlədiyini də qeyd edib. Səfir tövsiyyə edib ki, jurnalistlər səfirliyin fəaliyyəti, eləcə də Ukraynadaki azərbaycanlılarla bağlı informasiyalar yayımlayarkən bu saytdakı məluamatlardan da istifadə etsinlər.



Azərbaycanla Ukrayna arasındakı diplomatik əlaqələrin tarixinə də toxunan səfir, bu əlaqələrin daha da inkişaf etdiriləcəyini deyib. E.Mədətli əlavə edib ki, Azərbaycan yürütdüyü müstəqil siyasətin prinsiplərinə uyğun olaraq Ukraynanın ərazi bötüvlüyünü dəstəkləyir. Regiondakı vəziyyətin də doğru qiymətləndirilməsinin vacibliyini önə çəkən E.Mədətli vurğulayıb ki, Azərbaycanın ədalətli mövqeyi digər dövlətlər və xalqların minnətdarlığını qazanır.



Qeyd edək ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra 1997-ci ildə ölkəmizin bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Səfirliyə aid olan 2 hektar ərazidə Heydər Əliyev Parkı da yaradılıb. Səfirin sözlərinə görə, bu park Kiyevin ən təmiz parkı hesab olunur. Burada siqaret çəkmək, spirtli içkilər qəbu etmək qadağan olunub. Paytax sakinləri bu parkın ərazisində pulsuz internetdən də istifadə edə bilirlər.

Azərbaycan jurnalistlərinin Kiyevə səfəri "Azərsun" brendi olan "Azərçay" və "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən maliyyələşdirilib.

AzNews.az