“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ukraynanın “Dnepr” futbol klubu ilə Avro Liqanin qrup mərhələsi çərçivəsində keçiriləcək matç qabağı mətbuat konfransı təşkil edib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ukraynanın “Dnepr” futbol klubu ilə Avro Liqanin qrup mərhələsi çərçivəsində keçiriləcək matç qabağı mətbuat konfransı təşkil edib.

“Qalib gəlmək onların borcudur”- Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ukraynanın “Dnepr” futbol klubu ilə Avro Liqanin qrup mərhələsi çərçivəsində keçiriləcək matç qabağı mətbuat konfransı təşkil edib.



AzNews.az xəbər verir ki, Qurbanov rəqibin yüksək ustalıq səviyyəsinə malik olan futbolçuları olduğunu vurğulayıb;

"Sent Etyen" oyunundan fərqli matç olacaq. Hər iki matçın nəticəsi önəmlidir. Rəqibin futbolçularını yaxşı tanıyırıq. Heyətimizdə zədəli futbolçuların olması bizim üçün faciə deyil. Biz onlarsız da qalib gələ bilərik və bunu da bacarmalıyıq. Millinin böyük hesabla Xorvatiyaya məğlub olmağı medianın təsiri ilə də futbolçularımızı təzyiq altında saxlayıb. Lakin onlar profesionallardır. Qalib gəlmək, oynamaq onların borcudur".

Qeyd edək ki, "Qarabağ" sabah səfərdə "Dnepr"in qonağı olacaq.

Azərbaycan jurnalistlərinin Kiyevə səfəri "Azərsun" brendi olan "Azərçay" və "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən maliyyələşdirilib.

AzNews.az