Arizona Ştatından olan konqresmen Pol Qosar ABŞ Prezidenti Barak Obamaya məktubla müraciət edərək, Azərbaycanın Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsinin vacibliyini bildirib. Arizona Ştatından olan konqresmen Pol Qosar ABŞ Prezidenti Barak Obamaya məktubla müraciət edərək, Azərbaycanın Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsinin vacibliyini bildirib.

Konqresmen Obamaya səsləndi - Azərbaycan üçün

Arizona Ştatından olan konqresmen Pol Qosar ABŞ Prezidenti Barak Obamaya məktubla müraciət edərək, Azərbaycanın Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsinin vacibliyini bildirib.



AzNews.az xəbər verir ki, məktubda ABŞ-ın xarici siyasətinin dünyanın müxtəlif bölgələrində çətin bir durumda olduğu qeyd olunub.

Müraciətdə Azərbaycanın ABŞ-ın sınanmış müttəfiqi və önəmli strateji tərəfdaşı olduğu qeyd edilib, çətin bir bölgədə yerləşməsinə baxmayaraq daim Birləşmiş Ştatlar ilə tərəfdaşlığa sadiq qaldığı ifadə olunub. Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizəyə, Əfqanıstan və İraqda sabitliyin bərpa ounmasına, eləcə də Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə verdiyi töhfələrdən söhbət açılıb.

Konqresmen deyib ki, keçən dövr ərzində Azərbaycan öz təbii resurslarından əldə etdiyi gəlirləri ağıllı şəkildə istifadə edərək, öz iqtisadiyyatını yenidən qurub, ölkədə yoxsulluğun səviyyəsini 50 faizdən 6 faizədək azaldıb, ümumi daxili məhsulunu dəfələrlə artırıb, Cənubi Qafqaz bölgəsində ABŞ-ın ən böyük ticarət tərəfdaşına çevrilib.
Həmçinin konqresmen, Azərbaycanın qədim tolerantlıq ənənələrindən, burada fəal yəhudi və xristian icmalarının mövcudluğundan söhbət açıb, Azərbaycanın bir çox müsəlman ölkələri üçün nümunəvi model olduğuni bildirib.

Sonda konqresmen vurğulayıb ki, hazırda regionda baş verənləri nəzərə alaraq, Azərbaycan kimi tərəfdaş ölkələrin ABŞ tərəfindən dəstəklənməsi vacibdir.

Qeyd edək ki, Respublikaçılar Partiyasından olan Pol Qosar ABŞ Konqresinde Arizona ştatının 4-cü dairəsini təmsil edir. ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hökümət İslahatları və Təbii Sərvətlər komitələrinin üzvüdür.