Zaqatalada baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb. Zaqatalada baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb.

Zaqatalada yol qəzası - Xəsarət alanlar var

Zaqatalada baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb.



APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə oktyabr ayının 22-si gecə saat 23:30 rədələrində, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Qımır kənd sakini Fikrət Mahmudov idarə etdiyi "VAZ -21014" markalı 62 BG 498 dövlət nömrə nişanlı avtomobillə Zaqataladan Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını öncə yolun sağ hissəsindəki işıq dirəyinə çırpıb. Daha sonra maşın hadisə baş verən yerdən 60-70 metr irəlidəki avtobus dayanacağına çırpılıb.

Baş vermiş qəzada sürücü xəsarət almasada, avtomobildə olan sərnişinlər, Qımır kənd sakinləri -1971-ci il təvəllüdlü, Arzu Qüdrət qızı Mahmudova, 1991-ci il təvəllüdlü, Sahibə Ələkbər qızı Mahmudova və 1995-ci il təvəllüdlü, Şəhriyar Fikrət oğlu Mahmudov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralıların hazırda vəziyyəti orta-ağır qiymətləndirilir, müalicələri xəstəxanada davam etdirilir. Məlumatda bildirilir ki, qəzaya düşən şəxslər bir ailənin üzvüləridi. Onlar Zaqatala rayon mərkəzində fəaliyyət göstərən şadlıq evlərinin birində keçirilən toy məclisindən çıxıb yaşadıqları Qımır kəndinə evə gedirlərmiş.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
image description image description image description image description