Kanadanın paytaxtı Ottava şəhərində bir nəfərin ölümünə bais olan şəxs Kvebek əyalətində yaşayan 32 yaşlı Mixael Zehaf-Bibeau olub. Kanadanın paytaxtı Ottava şəhərində bir nəfərin ölümünə bais olan şəxs Kvebek əyalətində yaşayan 32 yaşlı Mixael Zehaf-Bibeau olub.

Ottavada atəş açan şəxsin kimliyi bilindi - FOTOLAR

Kanadanın paytaxtı Ottava şəhərində bir nəfərin ölümünə bais olan şəxs Kvebek əyalətində yaşayan 32 yaşlı Mixael Zehaf-Bibeau olub.



AzNews.az BBC-yə istinadən xəbər verir ki, atışma hərbi memorialın yanında dünən baş baş verib.

Qırma tüfənglə silahlanan qara geyimli və üzünün yarısı maska altında olan naməlum şəxs fəxri qarovulda duran əsgəri öldürdükdən sonra hadisə şahidlərinin söylədiyinə görə, əllərini göyə ucaldıb və yüyürərək yaxınlıqda yerləşən parlament binasına girib.
Şəhər polisi atışma əsnasında hücum edən şəxsi öldürüb. Hadisə şahidləri 30-dək atəş açıldığını deyir.

Kanada mediasının məlumatına görə, şübhəli bilinən şəxs ölümündən qabaq memoriala keşik çəkən 24 yaşlı əsgər Nathan Cirillonu ölümcül yaralayıb. Əsgər xəstəxanada həlak olub.

Xəbər verildiyi kimi Mixael Zehaf-Bibeau daha əvvəl soyadını dəyişib. Onun qeyri-qanuni hərəkətlərinə görə dəfələrlə məhkəməyə cəlb edildiyi bildirilir.

2004-cü ildə o, eyni vaxtda narkotiklərlə və məhkəmə qərarlarını yerinə yetirməməklə bağlı üç cinayət işi üzrə cəlb edilib.

Associated Press agentliyinin məlumatına görə, Mixael bir müddət əvvəl islam dinini qəbul edib.

Agentlik, ABŞ administrasiyasındakı mənbələrinə istinadən, ehtimal edilən caninin əvvəlki adı Mixael Josef Hall olduğunu, lakin hələlik müəyyən edilməmiş səbəblərdən sonradan Zehaf-Bibeau soyadını götürdüyünü bildirirlər.

Bu məlumatı Kanada rəsmisi təsdiqləyib, lakin polis tərəfindən bu məlumatların həqiqiliyi hələ təsdiq edilməyib.

Atışma zamanı zərər çəkən üç nəfər xəstəxananı tərk edib. Tibbi müəssisənin Twitter mikrobloqunda bu haqda məlumat verilir:
"Biz təsdiq edə bilərik ki, bugünkü insidentə aidiyyəti olan pasiyentlərin üçü də xəstəxanadan çıxıb. Onlara tez sağalmaq arzulayırıq".

Daha əvvəl Ottava xəstəxanası şəhərdə atışmadan sonra dörd nəfərin xəstəxanaya daxil olduğunu, birinin aldığı xəsarətlərdən öldüyünü, üç nəfərin vəziyyətinin stabil olduğunu deyiblər.

Hücumlardan sonra Kanada ərazisində yerləşən bütün hərbi bazalarda xüsusi rejim tətbiq edilib. Ottavanın mərkəzi küçələrində silahlanmış maskalı polis və əsgərlər patrul keşiyi çəkirlər.

Baş nazir Stephen Harper hücumları pisləyib və nifrətə layiq adlandırıb.

Kanada paytaxtının polisi vətəndaşları evlərin damı və pəncərələrinə yaxın durmamağa çağırıb.

Çərşənbə günü Kanada hakimiyyəti ölkədə terror təhlükəsi səviyyəsini yenidən nəzərdən keçirərək, onu "aşağı" səviyyədən "orta" səviyyəyə dəyişib.

Ölkənin baş naziri Stephen Harper parlament kompleksini tərk edib və təhlükəsiz yerdədir.

Dərhal atışmadan sonra Ottava polisi xəbərdar edib ki, parlament yaxınlığında iki və ya üç silahlı cani ola bilər.