“Azərbaycan Əfqanıstana sabitlik, tərəqqi və çiçəklənməni təmin etmək üçün hərtərəfli dəstək verməyə və infrastrukturun yaradılmasında müəyyən rol oynamağa hazırdır”. “Azərbaycan Əfqanıstana sabitlik, tərəqqi və çiçəklənməni təmin etmək üçün hərtərəfli dəstək verməyə və infrastrukturun yaradılmasında müəyyən rol oynamağa hazırdır”.

Azərbaycanlılar Əfqanıstana investisiya yatırır

“Azərbaycan Əfqanıstana sabitlik, tərəqqi və çiçəklənməni təmin etmək üçün hərtərəfli dəstək verməyə və infrastrukturun yaradılmasında müəyyən rol oynamağa hazırdır”.



AzNews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarov deyib.

Diplomatın sözlərinə görə, Azərbaycan hökuməti Əfqanıstanın yol infrastrukturu, energetika, sənaye və digər sahələrinə investisiyalarını genişləndirməyə hazırdır.
Daha əvvəl hökumət tikilməli olan obyektlərin siyahısının təqdim edilməsi üçün Əfqanıstan tərəfinə sorğu göndərmişdi.

D.Şikarov qeyd edib ki, Əfqanıstanda keçirilmiş prezident seçkilərindən sonra ölkədə müvəqqəti olaraq əvvəlki hökumət fəaliyyət göstərir: "Nazirlər Kabinetinin yeni tərkibi formalaşan kimi tərəflər gələcək investisiya layihələrini nəzərdən keçirəcəklər".
Azərbaycanlı sərmayədarlar artıq beş ildir Əfqanıstana investisiya yatırırlar.

Səfir daha əvvəl bildirmişdi: "Beş il əvvəl azərbaycanlı investor öz əfqanıstanlı tərəfdaşı ilə birgə Əfqanıstanda neft emalı sahəsinə 30 milyon dollar sərmayə yatırıb. Yaxın gələcəkdə Azərbaycanın özəl və dövlət sektorlarının planları əsasında Əfqanıstanda müxtəlif sektorlara bir-iki milyard dollar sərmayə yatırmaq niyyətindəyik".

Hazırda Məzari-Şərifdə həm əfqan, həm də azərbaycanlı investorların sərmayələri əsasında NEZ istifadəyə verilib.

Qeyd edək ki, bu həftə Kabulda İstanbul prosesi çərçivəsində Əfqanıstanın inkişafına həsr olunmuş müzakirələr aparılacaq. Azərbaycan bu görüşdə səfir səviyyəsində təmsil olunacaq. Diplomatlar, həmçinin oktyabrın 31-də Pekində keçiriləcək prosesin iştirakçı ölkələrinin XİN rəhbərlərinin IV konfransının gündəliyini müzakirə edəcəklər.