Ötən gün gecə saatlarında Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Ötən gün gecə saatlarında Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qubada iki maşın toqquşdu

Ötən gün gecə saatlarında Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.



APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun 11-ci kilometrliyində, magistralın Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 28 yaşlı Quba rayon sakini Rüstəm Qasımzadənin idarə etdiyi 40 BK 462 dövlət nömrə nişanlı "VAZ 21 06" markalı nəqliyyat vasitəsi qarşıdan gələn 49 yaşlı Quba rayon sakini Elçin Məmmədovun idarə etdiyi 10 KS 387 dövlət nömrə nişanlı, "BMW" markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibb müəssisəsindən verilən məlumata görə, yaralılardan R. Qasımzadənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır olan digər sürücü E. Məmmədov isə, cərrahiyyə şöbəsində müalicə alır.

Hadisə zamanı hər iki nəqliyyat vasitəsində sərnişin olmayıb.

Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.
image description image description image description image description