Xəbər verdiyimiz kimi, Bakıda törədilmiş dəhşətli qətlin üstü açılıb. Xəbər verdiyimiz kimi, Bakıda törədilmiş dəhşətli qətlin üstü açılıb.

Başı kəsilən qız cinsi azlıqdır

Xəbər verdiyimiz kimi, Bakıda törədilmiş dəhşətli qətlin üstü açılıb.



Məlum olub ki, Xətai rayonu Xudu Məmmədov küçəsi18 ünvanında 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının bacısı Pərvanə Nuriyeva tərəfindən amansızlıqla öldürülməsi müəyyən edilib və o, saxlanılıb. Lent.az-ın məlumatına görə, P.Nuriyeva ilkin ifadəsində bildirib ki, bacısı cinsi azlıq nümayəndəsi olub və evə cinsi azlıq nümayəndəsi olan qızları gətirirmiş. O, kiçik bacısına bu əməllərinə son qoymasını, anasının yatağına başqalarını gətirməməsini tələb edib.

Lakin musiqi məktəbinin piano sinfinin tələbəsi olan Günel Nuriyeva bacısının xəbərdarlığına məhəl qoymayıb və onlar arasında münaqişə yaranıb. Münaqişə zəminində P.Nuriyeva bacısını bıçaqlayıb, daha sonra isə boğazını kəsərək öldürüb.