Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu Xətai rayonunda baş verən qətllə bağlı birgə məlumat yayıb. Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu Xətai rayonunda baş verən qətllə bağlı birgə məlumat yayıb.

Prokurorluq başı kəsilən qızla bağlı açıqlama verdi

Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu Xətai rayonunda baş verən qətllə bağlı birgə məlumat yayıb.



Bakı Şəhər Prokurorluğundan Aznews.az-a verilən məlumata görə, oktyabrın 22-də saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində yaşamış, 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri ilə müşayiət olunan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilib, digər zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri yerinə yetirilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun, həmçinin Xətai rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, G. Nuriyeva ilə eyni ünvanda yaşamış kiçik bacısı Pərvanə Nuriyeva tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Aznews.az