“Ukrayna həbsxanalarnda 160 nəfər azərbaycanlı cəza çəkir. Onlardan ikisi ömürlük həbs cəzasına məhkum edilib”. “Ukrayna həbsxanalarnda 160 nəfər azərbaycanlı cəza çəkir. Onlardan ikisi ömürlük həbs cəzasına məhkum edilib”.

Ukraynada 2 azərbaycanlı ömürlük həbs cəzası alıb - Səfir

“Ukrayna həbsxanalarnda 160 nəfər azərbaycanlı cəza çəkir. Onlardan ikisi ömürlük həbs cəzasına məhkum edilib”.



AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycanın Ukarynadakı səfiri Eynulla Mədədtli "Qarabağ" futbol klubuna dəstək üçün Kiyevdə səfərdə olan jurnalistlərlə görüşündə deyib.

O, bildirib ki, həbsdə olan azərbaycanlılarla səfirliyin nümayəndələri vaxtaşırı görüşür, onlara mənəvi, hüquqi dəstək olurlar.

Səfir Ukrayna həbsxanalarında cəza çəkən azərbaycanlıların törətdikləri cinayət əməllərinin xarakteristikasından da danışıb: "Həmyerlilərimizin törətdiyi cinayətlər daha çox məişət münaqişəsi zəminində baş verir. Biz buna təəssüf edirik".

E.Mədətlı azərbaycanlıların Ukraynada törətdikləri xırda qanun pozuntuları barədə də maraqlı aşıqlama verib. Səfir deyib ki, belə qanun pozuntuları daha çox Ukraynaya müvəqqəti gələn yerlilərimiz tərəfindən törədilir: "Bizə aidiyyatı qurumlardan yüzlərlə müraciət daxil olur ki, məsələn, sizin vətəndaş qadağan olunmuş yerlərdə siqaret çəkir".

Səfir onu da vurğulayıb ki, Ukrynada yaşayan azərbaycanlılar ictimai məsələlərdə digər xalqların nümayəndələrindən geri qalmır, əsasən də Azərbaycana aid olan işlərdə fəallıq nümayiş etdirirlər.

Azərbaycan jurnalistlərinin Kiyevə səfəri "Azərsun" brendi olan "Azərçay" və "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən maliyyələşdirilib.

Ceyhun