Müsavat partiyasının Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradovun partiyadan qovulması ilə bağlı Müsavat partiyasının qarşısında keçiriləcək etiraz aksiyasına Qubad İbadoğlundan cavab gəlib. Müsavat partiyasının Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradovun partiyadan qovulması ilə bağlı Müsavat partiyasının qarşısında keçiriləcək etiraz aksiyasına Qubad İbadoğlundan cavab gəlib.

Qubad İbadoğlu müsavatçıların piketinin əleyhinə çıxdı

Müsavat partiyasının Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradovun partiyadan qovulması ilə bağlı Müsavat partiyasının qarşısında keçiriləcək etiraz aksiyasına Qubad İbadoğlundan cavab gəlib.



Qubad İbadoğlu AzNews.az-a açıqlamasında deyib ki, Məhəbbət Muradovla bağlı keçiriləcək piketi dəstəkləmir: "Bu, Hüseyn Məlikin təklifidir. Bizim elə qərarımız yoxdur. Mən müsavatçıların partiya qərargahı qarşısında piket keçirməsi təklifini dəstəkləmirəm. İnanıram ki, partiyadaxili müzakirələr və dialoq üçün imkanlar tükənməyib".

Xatırladaq ki, H.Məlik M.Muradovla bağlı etiraz aksiyasının keçirilməsində Qubad İbadoğlunun tərəfdarlarının ümumi razılığı olduğunu bildirmişdi.

Bahar RÜSTƏMLİ
AzNews.az