Futbol üzrə Avropa Liqası çərçivəsində Ağdamın “Qarabağ” futbol klubunun Ukraynanın “Dnepr” komandası ilə görüşünü izləmək və futbolçularımıza dəstək olmaq üçün Kiyevə yollanan bir dəstə jurnalist Kiyevdəki olimpiya stadionunda baş məşqçi Qurban Qurbanovun mətbuat konfransında iştirak ediblər. Futbol üzrə Avropa Liqası çərçivəsində Ağdamın “Qarabağ” futbol klubunun Ukraynanın “Dnepr” komandası ilə görüşünü izləmək və futbolçularımıza dəstək olmaq üçün Kiyevə yollanan bir dəstə jurnalist Kiyevdəki olimpiya stadionunda baş məşqçi Qurban Qurbanovun mətbuat konfransında iştirak ediblər.

Bakıdan gedən jurnalist Kiyevdə tərcüməçilik etdi

Futbol üzrə Avropa Liqası çərçivəsində Ağdamın “Qarabağ” futbol klubunun Ukraynanın “Dnepr” komandası ilə görüşünü izləmək və futbolçularımıza dəstək olmaq üçün Kiyevə yollanan bir dəstə jurnalist Kiyevdəki olimpiya stadionunda baş məşqçi Qurban Qurbanovun mətbuat konfransında iştirak ediblər.



AzNews.az xəbər verir ki, mətbuat konrfransı zamanı maraqlı olay yaşanıb. Belə ki, ukraynalı idman jurnalistlərinin verdiyi sualların Azərbaycan dilində Qurban Qurbanova çatdırılmasında tərcüməçinin səhvi aşkar edilib. Bu zaman "Qarabağ"a dəstək qrupunun üzvü Cavid Osmanov tərcüməçilik funksiyasını öz üzərinə götürüb və səslənən sualları dürüst tərcümə edib.

Mətbuat konfransından sonra "Qarabağ" futbol klubunun rəsmisi Nurlan İbrahimov deyib ki, Azərbaycan dilini yaxşı bilən tərcüməçi tapılmadığından bu işə burada təhsil alan tələbələrdən biri cəlb edilib. Onun isə səhv tərcümə etməsi ilk dəfə jurnalistlərin qarşısına çıxması ilə əlaqədar olub.

Qeyd edək ki, bir neçə dildə səlis danışan Cavid Osmanov "Araz" radiosunun "Səhər" proqramının aparıcısıdır.

Azərbaycan jurnalistlərinin Kiyevə səfəri "Azərsun" brendi olan "Azərçay" və "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən maliyyələşdirilib.