Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüş keçirilib.

Məzahir Pənahov bələdiyyə seçkilərindən danışdı

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüş keçirilib.



AzNews.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qonağı salamlayaraq inkişaf etmiş cəmiyyətlərdə demokratik seçkinin rolundan və qarşıdakı bələdiyyə seçkilərindən bəhs edib. Dövlətçilik ənənələrinin qorunmasında, Azərbaycanın beynəlxalq aləmdə tanınmasında gənclərin rolunu vurğulayan O.Səmədov Bilik Fondunun seçkiöncəsi maarifləndirmə işində əlindən gələni əsirgəməyəcəyini deyib.

Bütün sahələrdə olduğu kimi, seçki prosesində də əhalinin maarifləndirilməsinə böyük ehtiyac olduğunu vurğulayan Məzahir Pənahov önəmli missiya daşıyan Bilik Fondunun yaradılmasını alqışlayıb. MSK sədrinin sözlərinə görə, müasir dünyəvi dövlətin inkişafı istiqamətində gərəkli addımlar atılır və Azərbaycan Respublikasının Seçki Məcəlləsi demokratik seçkilərin keçirilməsi üçün mükəmməl sənəddir.

M.Pənahov tədbir iştirakçılarına yerli özünüidarəetmə orqanlarına seçki proseduru, bu sahədə mövcud beynəlxalq təcrübə haqqında ətraflı məlumat verib, gəncləri maraqlandıran sualları cavablandırıb. Görüşdə həmçinin Bilik Fondunun bu sahədə əhali arasında aparacağı maarifləndirici tədbirlər müzakirə olunub.

Tədbirdə Bilik Fondunun və Mərkəzi Seçki Komissiyasının əməkdaşları, tələbə könüllülər, media nümayəndələri iştirak ediblər.

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 2014-cü il dekabrın 23-ü, çərşənbə axşamına təyin edilməsi barədə qərar qəbul edib.


AzNews.az