Azərbaycanda neft quyuları olan meydançada yanğın baş verib. Azərbaycanda neft quyuları olan meydançada yanğın baş verib.

Neft quyuları olan meydançada yanğın baş verdi

Azərbaycanda neft quyuları olan meydançada yanğın baş verib.



Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, yanğından əvvəl ərazidə güclü partlayış səsləri eşidilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən də APA-ya faktı təsdiqləyiblər. Məlumata görə, "Azneft" İstehsalat Birliyinin (İB) strukturuna daxil olan Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 441 saylı meydançasında partlayış olub.

Hadisə neft quyuları olan meydançada baş verib.

Ölən və yaralananlarla bağlı hələ ki məlumat yoxdur.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, hazırda yanğınsöndürənlər ərazidə yanğının qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir.

Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından idə APA-ya deyiblər ki, hadisə baş verən əraziyə 3 həkim briqadası göndərilib. Xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.