“Almaniya regional münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri diqqətlə izləyir”. “Almaniya regional münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri diqqətlə izləyir”.

“Prezidentlərin Paris görüşünə ümidlə baxırıq”- Almaniyalı nazir

“Almaniya regional münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri diqqətlə izləyir”.



APA-nın xəbərinə görə, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ukrayna aylarla onları məşğul edib, amma Dağlıq Qarabağ münaqişəsinə də narahatlıqla baxırlar: "Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 27-də Parisdə keçiriləcək görüşünə ümidlə baxırıq və bu görüşün donmuş mövqelərin yumşalmasına, prosesin davamlı həllini tapmasına gətirəcəyinə ümid edirik".

XİN rəhbəri əlavə edib ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təcrübəli alman diplomatdır və bu məsələdə Almaniyanın, Aİ-nin rolunu görmək istəyirlər.