Fransanın “Total” neft şirkəti prezidentinin ölümü ilə nəticələnən aviaqəza ilə bağlı “Vnukovo” aeoportunun 4 işçisi saxlanılıb. Fransanın “Total” neft şirkəti prezidentinin ölümü ilə nəticələnən aviaqəza ilə bağlı “Vnukovo” aeoportunun 4 işçisi saxlanılıb.

“Vnukovo” hava limanının baş direktoru istefa verdi

Fransanın “Total” neft şirkəti prezidentinin ölümü ilə nəticələnən aviaqəza ilə bağlı “Vnukovo” aeoportunun 4 işçisi saxlanılıb.



AzNews.az xəbər verir ki, aviaqəza çərşənbə axşamına keçən gecə uçuş zolağındakı qartəmizləyən maşını ilə toqquşmadan sonra baş verib.

Falcon-50 təyyarəsinin göyərtəsində olan "Total" neft şirkətinin 63 yaşlı prezidenti Kristof de Margerie və 3 nəfər heyət üzvü həlak olub.

İstintaq qartəmizləyən maşının sürücünün sərxoş olduğunu bildirib. Sürücü və onun vəkili bu ittihamları rədd ediblər.

Bu arada "Vnukovo" hava limanının baş direktoru ilə müavini hadisə ilə bağlı istefaya çıxdıqlarını elan ediblər.

Rusiyanın İnstintaq Komitəsi saxlanılmış şəxslərin şübhəli qismində dindirildiyini bildirib.

"Araşdırma göstərir ki, həmin şəxslər faciəyə səbəb olan yerüstü işləri keçirməklə uçuşların təhlükəsizliyi ilə bağlı tələblərə riayət olunmasını təmin etməyiblər", - deyə müstəntiqlər bildirib.

İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin cinayət işi üzrə araşdırmanın davam etdirildiyini deyib.

Çərşənbə günü saxlanılan qartəmizləyən maşının sürücüsü Vladimir Martınenkoya rəsmi ittiham təqdim edilməyib. Onun vəkili deyib ki, sürücü uçuş zolağında qartəmizləmə işlərini dispetçer xidmətinin göstərişilə aparıb.

"Martınenko uçuş zolağına tək çıxmayıb. Orada 5-6 maşın olub. Lakin bir an Martınenko yavaşlayaraq onlardan 40 saniyə geridə qalıb. Bütün hallarda o, baş dispetçerdən aydın təlimatlar alıb", - deyə "Komsomolskya pravda" qəzetinin efirində vəkil Aleksandr Karabanov vurğulayıb.

Təyyarə qəzası ilə bağlı cinayət işi Fransada da açılıb.

Çərşənbə axşamı Rusiyaya aviqəzaların araşdırılması üzrə Fransa dövlət qurumunun 3 müstəntiqi gəlib.

Bununla yanaşı Moskvada "Falcon-50"ni istehsal edən Dassault Aviation və təyyrənin məxsus olduğu Unijet şirkəti nümayəndələrinin olduğu bildirilir.